BAKI, AzerVoice
İspaniyanın paytaxrı Madridin mərkəzi meydanlarının birində milyonlarda adamın iştirakı ilə hökümətə qarşı etiraz aksiyası keçirilib.
AzerVoice-un məlumatına görə, mitinq iştirakçıları yerli vaxtla saat 11:00-da İspaniya Meydanında toplaşıblar. İştarakçılar özləri ilə krallığın bayrağını gətirmişdi. Etirazın təşkilatçısı müxalif konservativ Xalq Partiyasıdır (XP).
Əvvəlcə, XP-nin sədri Alberto Nunyes Feixo, vətəndaşları hökumətə qarşı küçələrə çıxmağa çağıraraq, siyasətçinin fikrincə, hökumətin "bugünkü skandalları sabahkılarla örtməyə çalışdığını" bildirib.
"Biz mafiya istəmirik, biz demokratiya istəyirik" - deyə, müxalifət lideri vurğulayıb. Onun sözlərinə görə, dövlət vəsaitləri "ispanların həyatını yaxşılaşdırmağa yönəlməlidir, hökumətin tərəfdarları olan və müstəqillik istəyən tərəfdaşlara deyil."
Beləliklə, Feixo, baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası ilə Kataloniya siyasi qüvvələri arasında əldə olunan razılaşmalara işarə edib.
XP-nin rəhbəri həmçinin, mühafizəkarların "canlı alternativ" olduğunu və "artıq keçmişdə olan" hökumət qarşısında dəyərlərə sahib olduqlarını bildirib.
"Madrid korupsiya, yalan və utancdan yorulmuş milyonlarla ispaniyalının səsləri ilə dolacaq" - deyə, partiya lideri vurğulayıb.