BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında Misirə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artaraq, 49 milyon 443 min 44 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən Misirə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz artaraq, 234 milyon 384 min 78 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 4 milyard 47 milyon 16 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 854 milyon 319 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 9 milyard 567 milyon 134 min dollar məbləğində tekstil ixrac edib.