Əsas səhifə » Rusiya ilə əsir mübadiləsi gələn həftə həyata keçiriləcək - Ukrayna rəsmisi

Rusiya ilə əsir mübadiləsi gələn həftə həyata keçiriləcək - Ukrayna rəsmisi

BAKI, AzerVoice

Ukrayna bu gün, keçirilməsi gözlənilən əsir mübadiləsinin gələn həftə həyata keçiriləcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyatının rəhbəri Kirilo Budanov açıqlama verib.

"Əsir mübadiləsinin başlanması, İstanbulda aparılan danışıqların nəticələrinə əsasən gələn həftə gözlənilir. Hər şey gözlənildiyi kimi gedir" - deyə Budanov bildirirb. O, Moskvanı "ədalətsiz bir media oyununa" daxil olmaqda ittiham edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski Ukrayna tərəfinin iyunun 2-də İstanbulda Rusiya ilə keçirilən görüşlərdə iki ölkə arasında qarşılıqlı olaraq girovlar və hərbçilərin cəsədlərinin mübadiləsini təxirə saldığını bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice