Əsas səhifə » İnsan beyni gələcəkdə kompüterə köçürülə bilər

İnsan beyni gələcəkdə kompüterə köçürülə bilər

BAKI, AzerVoice

Mütəxəssislərə görə, gələcəkdə insan ağlını kompüterə yükləmək mümkün ola bilər.

AzerVoice xəbər verir ki, “zehin ötürülməsi” və ya “ağıl yükləmə” adlanan bu ideya hazırda elmi fantastika kimi görünsə də, uzunmüddətli perspektivdə reallığa çevrilə bilər.

Corciya Texnologiya İnstitutunun psixologiya professoru Dobromir Rahnev bildirir ki, insan şüurunu rəqəmsal mühitə köçürmək nəzəri baxımdan mümkündür, lakin bu sahədə elm hələ çox ilkin mərhələdədir.

Qeyd edək ki, “ağıl yükləmə” beyin fəaliyyətinin tam xəritələnməsi və kompüterə ötürülməsi ilə insan şüurunun rəqəmsal formada davam etməsini nəzərdə tutur. Bu texnologiyanın həyata keçməsi üçün yüz illərlə vaxt tələb oluna bilər. Lakin süni intellekt və informasiya texnologiyalarındakı sürətli inkişaf bu prosesi yaxın gələcəkdə mümkün edə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice