Əsas səhifə » Yaponiyada bayram namazı 3 dəfə qılınıb

Yaponiyada bayram namazı 3 dəfə qılınıb

BAKI, AzerVoice

Yaponiyanın paytaxtı Tokioda Qurban bayramı namazı üçün yüzlərlə müsəlman Tokio məscidinə axın edib və bayram namazı da sıx iştirak səbəbindən üç dəfə qılınıb.

AzerVoice xəbər verir ki, Yaponiyanın paytaxtı Tokio və ətraf bölgələrdə yaşayan müsəlmanlar Qurban bayramı sevincini yaşayır.

Dünyanın müxtəlif ölkələrindən yüzlərlə müsəlman bayram namazı qılmaq üçün Tokio məscidinə axışıb. Səhər saatlarından məscidin qarşısında uzun növbələr yaransa da, iştirakın çox olması səbəbindən bayram namazı 3 dəfə qılınıb.

Qurban bayramını ölkələrindən minlərlə kilometr uzaqda keçirən müsəlmanlar bayramı Tokio məscidində qeyd ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice