Əsas səhifə » Yaponiyada günəş enerjili geyimlər təqdim edilib

Yaponiyada günəş enerjili geyimlər təqdim edilib

BAKI, AzerVoice

Geyilə bilən günəş panelləri təqdim edildi -Texnologiya isti havada işçilərə dəstək verir.

AzerVoice xəbər verir ki, Yaponiyanın Osaka şəhərində keçirilən Expo 2025 sərgisində ultra nazik və elastik günəş panelləri ilə təchiz edilmiş soyuducu jiletlər təqdim olunub.

Cəmi 4 qram çəkisi olan bu panellər günəş işığı ilə enerji istehsal edir və isti hava şəraitində işçilərə rahatlıq təmin edir.

Bu texnologiya Toyota Group-a məxsus Toyoda Gosei, Enecoat Technologies və tekstil istehsalçısı Seiren şirkətlərinin əməkdaşlığı ilə hazırlanıb. Yeleklərdə istifadə edilən günəş panelləri klassik silikondan fərqli olaraq perovskit kristallarından ibarətdir ki, bu da onları daha yüngül və çevik edir, həmçinin zəif işıqda belə enerji istehsalına imkan verir.

Perovskit hüceyrələri laboratoriya şəraitində 21,2% səmərəliliklə işləyir. Hətta LED və flüoresan işıqlardan belə enerji əldə etmək mümkündür. Panellər, yalnız geyilə bilən texnologiyalarda deyil, həm də əyri səthlərdə, pavilyon damlarında və ağıllı şəhər infrastrukturlarında istifadə olunur.

Texnologiyanın əsas problemləri arasında qısa ömür və bəzi növlərdə zəhərli qurğuşun tərkibi yer alır. Lakin alimlər bu məsələləri həll etmək üçün qoruyucu təbəqələr və yeni metodlar üzərində çalışırlar. İngiltərənin Surrey Universitetindən Dr. Haşini Perera, panellərin ömrünü 10 dəfə uzadan üsul hazırladıqlarını açıqlayıb.

Qeyd edək ki, Yaponiya 2040-cı ilə qədər 20 giqavat günəş enerjisi istehsalı hədəfi ilə, şəhərlərdə bu texnologiyanın geniş tətbiqini planlaşdırır. Ekspertlər perovskit panellərinin gələcəkdə ağıllı saatlar və telefonlar kimi geyilə bilən cihazların enerji mənbəyi ola biləcəyini bildirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice