41
BAKI, AzerVoice
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
AzerVoice-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.
Məlumata əsasən, söhbət zamanı İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri və müharibənin dayandırılması üçün atılan addımlar müzakirə edilib.