Əsas səhifə » İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

BAKI, AzerVoice

İsveçrə Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirərək Avropa İttifaqının 17-ci sanksiya paketinin bir hissəsinə qoşulub.

AzerVoice xəbər verir ki, bu barədə ölkənin İqtisadi İşlər üzrə Dövlət Katibliyi (SECO) məlumat yayıb.

Bildirilib ki, siyahıya 17 fiziki şəxs, 58 təşkilat, 189 gəmi və 31 müəssisə əlavə edilib.

Tətbiq ediləcək tədbirlər iyunun 3-dən qüvvəyə minəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice