BAKI, AzerVoice
Kral Çarlz Kanadada parlamentin qanunvericilik sessiyasının açılışında iştirak edəcək.
AzerVoice xəbər verir ki, İngiltərə kralı III Çarlz rəsmi səfərlə Kanadadadır və parlamentin yeni qanunvericilik sessiyasının açılışı üçün "taxt nitqi" ilə çıxış edəcək.
Paytaxt Ottavada həyat yoldaşı Kraliça Kamilla ilə birgə qarşılanan kral Çarlz, parlamentin 45-ci sessiyasını rəsmi şəkildə açıq elan edəcək. Adətən bu nitqi kralın Kanadadakı nümayəndəsi – general-qubernator səsləndirsə də, bu dəfə çıxışı şəxsən Kral Çarlz edəcək. Yeni baş nazir Mark Karni tərəfindən dəvət olunan kral üçün bu, taxta çıxdıqdan sonra Kanadaya ilk rəsmi səfər, ümumilikdə isə 20-ci səfərdir.
Qeyd edək ki, Kanadada qanunvericilik sessiyası "taxt nitqi" ilə açılır və bu nitq hökumətin prioritetlərini və siyasət istiqamətlərini müəyyənləşdirir. İcmalar Palatası və Senat yalnız bu nitqdən sonra ictimai fəaliyyətə başlaya bilir.