Əsas səhifə » Liverpuldan rekord transfer: Uqo Ekitike 95 milyon avroya alındı

Liverpuldan rekord transfer: Uqo Ekitike 95 milyon avroya alındı

BAKI, AzerVoice

İngiltərənin Liverpul klubu Almaniyanın Ayntraxt Frankfurt komandasından fransalı hücumçu Uqo Ekitikeni heyətinə qatıb.

AzerVoice xəbər verir ki, klub bu transfer üçün ümumilikdə 95 milyon avro ödəyib.

23 yaşlı futbolçu ilə 2030-cu ilədək qüvvədə olacaq müqavilə imzalanıb. Bu transfer Liverpulun tarixində ikinci ən bahalı transfer kimi qeydə alınıb. Ekitike Florian Virtzdən sonra klubun ən yüksək qiymətə alınan oyunçusu olub.

Transfer çərçivəsində Liverpul 82,5 milyon avro əsas məbləğ, əlavə olaraq isə 12,5 milyon avro bonus ödəyəcək. Hal-hazırda futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

Karyerasına Fransanın Reyms klubunda başlayan Ekitike, 2022-ci ildə PSJ-yə keçmiş, daha sonra isə Ayntraxt Frankfurtun heyətinə qoşulmuşdu. Almaniya klubunda keçirdiyi 48 oyunda 22 qola imza atan futbolçu indi Premyer Liqada çıxış edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice