BAKI, AzerVoice
İsrail polisi himayəsində olan fanatik yəhudi qruplar növbəti dəfə Məscidül-Əqsaya basqın edərək, orada dini ayinlər icra ediblər.
AzerVoice xəbər verir ki, Fələstinin
rəsmi agentliyi WAFA-nın məlumatına görə, israillilər Şərqi Qüdsdə
yerləşən Məscidül-Əqsanın həyətinə qrup halında t əxribat
xarakterli daxil olublar.
Onlar İsrail polisinin mühafizəsi altında Talmud ayinləri həyata
keçiriblər.
Qeyd edək ki, 1994-cü ildə İsrail və İordaniya arasında imzalanmış sülh sazişinə əsasən, Məscidül-Əqsa Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. Lakin 2003-cü ildən etibarən israillilər bu müqəddəs məkanlara administrasiyanın icazəsi olmadan və polisin müşayiəti ilə daxil olurlar. Qüds İslam Vəqfləri İdarəsi bu hallar zamanı müsəlmanların suverenliyinin pozulduğunu bəyan edir.
İsrail tərəfi Məscidül-Əqsada yalnız müsəlmanların ibadət edə biləcəyini və status-kvonun qorunduğunu iddia etsə də, fanatik qruplar müntəzəm şəkildə reydlər təşkil edərək dini ayinlər keçirirlər. Eyni zamanda, "Süleyman məbədinin qalıqlarının burada yerləşdiyini" iddia edən israillilər kompleksin altında qanunsuz qazıntı işləri aparırlar.