Əsas səhifə » İran nüvə enerjisinin dinc məqsədlərdə istifadə etmək hüququnu müdafiə edəcək - Bəqai

İran nüvə enerjisinin dinc məqsədlərdə istifadə etmək hüququnu müdafiə edəcək - Bəqai

BAKI, AzerVoice

İran rəhbərliyi ölkənin nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə hüququnu müdafiə etmək niyyətindədir.

AzerVoice xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

“İran Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləyə (NPT) uyğun olaraq, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək kimi qanuni hüquqlarını qətiyyətlə müdafiə edəcək və nüvə proqramının sülh xarakterini təmin etmək üçün diplomatik əməkdaşlığı davam etdirməyə hazırdır” – deyə, Baqai qeyd edib.

O həmçinin vurğulayıb ki, Tehran, İrana tətbiq olunan sanksiyaların aradan qaldırılması istiqamətində işlərini davam etdirməyə qərarlıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice