Əsas səhifə » Dünya Robot Oyunlarında texnologiya və innovasiya yarışı başlayır

Dünya Robot Oyunlarında texnologiya və innovasiya yarışı başlayır

BAKI, AzerVoice

Dünya İnsanabənzər Robot Oyunları avqustda Pekində keçiriləcək

AzerVoice xəbər verir ki, 2025-ci il Dünya İnsanabənzər Robot Oyunları 15–17 avqust tarixlərində Pekində, Çin Milli Stadionu və Çin Milli Sürət Konkisi Stadionunda təşkil olunacaq.

Çinin ev sahibliyi edəcəyi builki oyunlar iki əsas kateqoriyaya bölünəcək: əsas yarışlar və yan tədbirlər. Rəsmilərin verdiyi məlumata görə, bu tədbirlər insanabənzər robot texnologiyalarının müxtəlif sahələrdə tətbiqi, yeniliklər və real həyatdakı praktik potensialını nümayiş etdirməyi hədəfləyir.

Qeyd edək ki, Dünya İnsanabənzər Robot Oyunları süni intellekt və robot texnologiyaları sahəsində irəliləyişləri izləmək və nümayiş etdirmək üçün beynəlxalq platforma rolunu oynayır.

Digər Kateqoriyalar

2025 © Azervoice