BAKI, AzerVoice, Səməd Əyyubov
Türkiyədə vəzifəsindən uzaqlaşdırılan Antalya Təhlükəsizlik İdarəsinin rəisi İlker Arslan həbs olunub.
AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində saxlanılan Arslan məhkəməyə çıxarılıb və məhkəmənin qərarı ilə həbsxanaya göndərilib.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən kənarlaşdırılan Arslan barəsində “rüşvət almağa vasitəçilik etmək”, “dələduzluq” və “qanunsuz gəlir əldə etmək” ittihamları ilə istintaq aparılırdı. Onun saxlanılması qərarı Antalya Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan rüşvət və korrupsiya araşdırması çərçivəsində verilmişdi.