Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Londonda "Palestine Action" qrupuna dəstək aksiyasında 900-ə yaxın iştirakçı saxlanılıb

    7 Sentyabr 2025 19:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Böyük Britaniyada İsraillə işləyən şirkətlərə qarşı aksiyaları ilə tanınan və iyul ayında qadağan edilən “Palestine Action” qrupuna dəstək məqsədilə Londonda keçirilən etirazlarda kütləvi həbslər baş verib.

    AzerVoice-un məlumatına görə, “Defend Our Juries” təşkilatının çağırışı ilə yüzlərlə insan paytaxtın Parlament Meydanında toplaşaraq yerli vaxtla saat 13:00-da etiraza başlayıb. Aksiya iştirakçıları “Soyqırıma yox, Palestine Action-a dəstək verirəm” şüarları yazılmış pankartlar qaldırıblar.

    Polisin müdaxiləsi ilə etiraz aksiyası gərginləşib. London Polisi açıqlama verərək saxlanmaların əksəriyyətinin qadağan edilmiş qrupa dəstək göstərilməsi səbəbilə həyata keçirildiyini bildirib.

    “Ümumilikdə 857 nəfər ‘Palestine Action’a dəstək verdikləri üçün 2000-ci il Terrorizm Qanununun 13-cü bölməsi əsasında saxlanılıb. Bundan əlavə, 17-si polis əməkdaşına hücum olmaqla, ümumilikdə 33 nəfər digər ictimai asayiş pozuntuları səbəbilə həbs edilib” - deyə, açıqlamada bildirilib.

    İyulun 5-də, bu qadağanın qüvvəyə mindiyindən bəri “Palestine Action”a dəstək verən yüzlərlə iştirakçı müxtəlif aksiyalarda həbs olunub. Son olaraq, avqustun 9-da keçirilən oxşar etirazda 500-dən çox insan saxlanılmışdı.

    “Palestine Action”ın terrorçu təşkilat elan edilməsinin ilk addımı ötən il iyulun 20-də atılıb. Həmin gün qrupun üzvləri RAF-ın Brize Norton hərbi bazasına daxil olaraq 2 britaniya hərbi təyyarəsinin mühərrikinə qırmızı boya yaxmışdılar. Aktivistlər təyyarələrin Yaxın Şərqdə əməliyyatlarda istifadə edildiyini bildirərək orada Fələstin bayrağı qaldırmışdılar.

    Bu insidentdən sonra daxili işlər naziri İvet Kuper, qrupun Avropada fəaliyyət göstərən iki ifrat sağçı təşkilatla birlikdə “terrorçu təşkilat” elan edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etdi.

    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Böyük Britaniya #London #aksiya #etirazlar #etirazçılar #İsrail ordusu #Fələstinə dəstək yürüyüşü #etiraz #Qəzza hücumu #Qəzza münaqişəsi #Palestine Action #dəstək aksiyaları #etirazçı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    13 Dekabr 2025 14:42

    ABŞ, İsrailin Qəzzayə hücumlarında həyatını itirən jurnalistlər üçün araşdırma tələb edir

    13 Dekabr 2025 11:04

    Qəzzada son 24 saatda daha 4 nəfər həlak olub

    11 Dekabr 2025 16:07

    Cənubi Avstraliyada nüvə sualtı gəmilərin tikintisi başlayır

    11 Dekabr 2025 12:47

    Atəşkəsə baxmayaraq Qəzza Zolağında qarşıdurmalar davam edir

    11 Dekabr 2025 11:02

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39

    Qəzzada son 24 saatda daha 2 nəfər həlak olub

    10 Dekabr 2025 15:30

    İsrail Qərb Sahilində genişmiqyaslı reydlər keçirərək 100 Fələstinliyi həbs edib

    10 Dekabr 2025 13:02

    İsrailin Qəzza Zolağına hücumlarında bu il 30-a yaxın Fələstinli jurnalist həyatını itirib

    9 Dekabr 2025 11:57

    İsrail Şərqi Qüdsdəki UNRWA-nın qərargahına hücum edib

    8 Dekabr 2025 14:44

    Qəzza zolağında son 48 saatda 6 Fələstinli həlak olub

    6 Dekabr 2025 16:19

    Türkiyə Qəzza üçün üzərinə düşəni etməyə hazırdır - Hakan Fidan

    6 Dekabr 2025 14:49
    Demo
    XƏBƏR LENTİ

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    Trampın xüsusi nümayəndəsi Ukrayna və Avropa liderləri ilə görüşəcək

    La Liqada ən bahalı futbolçuların adı məlum olub

    Ukrayna orduda “xarici legionları” ləğv edir

    İran Oman dənizində 6 milyon litr yanacaq daşıyan tankeri ələ keçirib

    "Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi düşünür

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

    Türkiyədən Fransaya mebel ixracı 224 milyon dolları keçib (ÖZƏL)

    Tailand və Kamboca rəhbərliyi atəşkəsə razılaşıb - Tramp

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.