Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Tramp Qazaxıstana səfərini istisna etməyib

    7 Sentyabr 2025 21:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    ABŞ prezidenti Donald Tramp Qazaxıstana səfər edəcəyini istisna etməyib.

    AzerVoice xəbər verir ki, o Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə “çox yaxşı söhbət” apardığını bildirib.

    “Gedə bilərəm”, – deyə Tramp Qazaxıstana səfər edib-etməyəcəyi barədə suala cavab verib. “Onunla çox yaxşı söhbətim oldu. Ona salam çatdırın. O, yaxşı insandır” - deyə, o Tokayev haqqında danışarkən qeyd edib.

    Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin ayın əvvəlində bildirib ki, ABŞ ilə iqtisadi əlaqələrin inkişafı respublikanın xarici siyasətində prioritetdir. Onun sözlərinə görə, Astana ticarət dövriyyəsinin artırılması üçün potensial görür. Bu məsələ ABŞ Ticarət Palatasının vitse-prezidenti Huş Çoksi və Amerika şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə də müzakirə olunub, həmçinin ticarət maneələri məsələsinə toxunulub.

    Xatırladaq ki, avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına (Aİ) qarşı 15 faizdən 41 faizədək rüsumların tətbiq edilməsinə dair fərman imzalayıb. Qazaxıstan üçün tarif dərəcəsi 25 faiz olaraq müəyyən edilib. Bundan əvvəl Tramp qərarın səbəblərini izah edən məktubu Tokayevə göndərmişdi. Tokayev isə cavab məktubunda kompromisə nail olunacağına əminliyini ifadə edib. Qazaxıstanın Ticarət Nazirliyi Vaşinqtona vəziyyətin nizamlanması ilə bağlı təkliflər təqdim edib. Nazirliyin məlumatına görə, yeni rüsumlar respublikanın ABŞ-a ixracının təxminən 5 faizinə təsir göstərir.

    #Qazaxıstan #ABŞ #Kasım-Jomart Tokayev #Avropa İttifaqı #Donald Tramp #səfər #Gömrük rüsumu #rüsumlar #rüsum #Gömrük rüsumları #ABŞ rüsumları #Görmük rüsumları #Qazaxıstan-ABŞ ticarət münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp: Kubaya neft və maliyyə vəsaitlərinin göndərilməsi dayandırılacaq

    11 Yanvar 2026 18:46

    İran parlamentinin sədri ABŞ-ni xəbərdar edib

    11 Yanvar 2026 12:45

    2026-cı ildə avtomobil bazarında qiymət artımı gözlənilmir - Ekspert

    11 Yanvar 2026 12:30

    Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı

    10 Yanvar 2026 16:01

    Keçən il Türkiyədən Qazaxıstana hazır geyim ixracı 435 milyon dolları keçib (ÖZƏL)

    10 Yanvar 2026 14:55

    Tramp ABŞ-ın neft şirkətlərinin rəhbərləri ilə Venesuelanı müzakirə edib

    10 Yanvar 2026 12:44

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56

    Keçən il Türkiyədən Qazaxıstana xalça ixracı 38 milyon dolları keçib (ÖZƏL)

    9 Yanvar 2026 14:25

    Tramp öz ölkəsinin problemlərinə baxsın - Xamenei

    9 Yanvar 2026 13:55

    İran, ABŞ və İsraillə müharibəyə hazırdır - İran XİN rəhbəri

    9 Yanvar 2026 09:58

    “Neftçi” bu gün “Kayrat”la yoxlama oyununda üz-üzə gələcək

    9 Yanvar 2026 09:43

    Air Astana təyyarəsi texniki nasazlıq səbəbindən Pekinə məcburi eniş etdi

    8 Yanvar 2026 16:37
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    "Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

    Pezeşkian: Etiraz etmək İran vətəndaşlarının haqqıdır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.