BAKI, AzerVoice
Kanadanın Baş naziri Mark Karni Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı ölkəsinin satılmadığını bildirib.
AzerVoice-un məlumatına görə, Karni bu fikri Trampın Kanadanı ABŞ-a birləşdirmək istədiyini dəfələrlə dilə gətirməsinə münasibət bildirərkən səsləndirib.
“Yəqin əmlak satış sahəsindən bilirsiniz: elə yerlər var ki, heç vaxt satılmır” – deyə, Karni jurnalistlərin sualına cavab verib.
ABŞ Prezidenti isə hazırda bu məsələni Karni ilə müzakirə etmək niyyətində olmadığını bildirib, lakin Kandanın ABŞ-a qoşulmasının Kanadaya bir çox üstünlüklər verəcəyini vurğulayıb.
Ağ Evin rəhbəri dəfələrlə bildirib ki, Kanadanın bir çox vətəndaşı ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasının tərəfindədir. Onun fikrincə, bu birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək və onu, Trampın iddiasına görə, xüsusilə Rusiya və Çindən gələn xarici təhdidlərdən qoruyacaq.
Karni isə dəfələrlə vurğulayıb ki, Kanada heç vaxt ABŞ-ın tərkibinə daxil olmayacaq.