Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Nəsrullahın sui-qəsdinin pərdəarxası: Qətldə İran izi

    6 May 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik təhlil Mərkəzi

    İsrail mənbələri, Hizbullahın keçmiş baş katibi Həsən Nəsrullahın 2024-cü ilin sentyabrında öldürülməsi ilə bağlı yeni təfərrüatları açıqlayıb. Məlum olub ki, ABŞ bu əməliyyat barədə məlumat aldıqda qəzəblənib və “İsrail bizi ələ salır və axmaq kimi göstərir” deyə bildirib. Lakin amerikalılar buna baxmayaraq əməliyyatı dayandırmağa cəhd göstərməyiblər.

    Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu uzun tərəddüdlərdən sonra əməliyyata razılıq verib. Əməliyyat onun BMT Baş Assambleyasındakı çıxışını başa vurduğu anda həyata keçirilib.

    Bu barədə son hesabat bazar günü gecə - bazar ertəsi yayımlanıb. Orada İsrailin ABŞ-dakı keçmiş səfiri Mayk Hersoq bildirib ki, Nəsrullahın öldürülməsi qərarı barədə amerikalıların öncədən məlumatlandırılması üçün hökumətə tövsiyə verib. Onun sözlərinə görə, bu məlumatı mediadan öyrənmələri ABŞ-İsrail münasibətlərində böhran yarada bilərdi. Lakin İsrailin rəsmi “Kan 11” telekanalının yaydığı hesabatda deyilir ki, Netanyahu ilk mərhələdə amerikalılara xəbər verilməsinə qarşı çıxıb. Amma ordu rəhbərliyi və o dövrün müdafiə naziri Yoav Qalantın israrlı mövqeyi nəticəsində geri çəkilib.

    Hersoq əlavə edib ki, qərara əsasən məlumat ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivana ötürülməli idi. Lakin Sallivan İsrail səfirinin zənginə cavab verməyib. Hadisədən bir neçə dəqiqə sonra xəbəri olan Sallivan sərt qəzəbini bildirib və belə deyib: “Siz bizə Livanla atəşkəs təşəbbüsü ilə bağlı açıqlama verməyə şərait yaradırsınız və ardınca da Nəsrullahı öldürdünüz. Bu, bizi çətin və alçaldıcı vəziyyətə salıb; bizə axmaq kimi baxırlar.”

    Lakin bu narazılıq artıq gec idi, çünki əməliyyat artıq icra edilmişdi. Əməliyyat barədə öncədən məlumatlandırılan yeganə ABŞ rəsmisi müdafiə naziri Lloyd Ostin olub. Ona bu barədə israilli həmkarı Qalant məlumat verib. Ostin isə xəbərdarlığa sərt reaksiya verib.

    Hadisə ilə bağlı ABŞ Dövlət Departamentində yüksək vəzifə tutan Dan Şapiro deyib ki, Ostinlə telefon danışığını diplomatik sözlərlə ifadə etmək çox çətindir. Qalant isə İsrailin "Kanal 13" telekanalına bu danışığı belə təsvir edib:
    “Ostinlə əlaqə saxladım və ona dedim: biz Həsən Nəsrullahın öldürülməsi əməliyyatını həyata keçirəcəyik. O soruşdu: nə vaxt? Cavab verdim: on beş dəqiqə sonra. Bu cavab ona xoş gəlmədi. Qəzəblə dedi: bu sui-qəslə siz regionda genişmiqyaslı müharibə başlada bilərsiniz. Mən cavab verdim: Cənab nazir, bu adam minlərlə israillini və yüzlərlə amerikalını öldürüb. O soruşdu: Siz əminsinizmi ki, o həmin yerdə olacaq? Mən dedim: əminliyimiz çox, çox yüksək səviyyədədir.”

    İsrailin "Kanal 13" telekanalı bildirib ki, Hizbullahın əsas qərargahı yerin dərinliyində (təxminən 14 mərtəbəlik) yerləşir. Kanal, həmçinin xatırladıb ki, İsrail kəşfiyyatı Nəsrullahın öldürülməsi ilə bağlı planı hələ 2006-cı ildə, İkinci Livan müharibəsi zamanı hazırlayıb. Lakin o zaman bu plan icra edilməyib ki, genişmiqyaslı müharibə alovlanmasın.

    Lakin 2024-cü ilin sentyabr ayının sonunda İsrail kəşfiyyatına, Nəsrullahın bir neçə məsul şəxslə birlikdə həmin qərargahda keçiriləcək toplantıya qatılacağı barədə məlumat daxil olub. İsrail kəşfiyyatına işləyən bir iranlı casus, Nəsrullahın Beyrutun Dahiye məhəlləsinə daxil olduğu vaxt barədə İsrailə xəbər verib. O, Livandakı “Qüds Güvvələri”nin sədr müavini Abbas Nilfuruşanla birlikdə “Hizbullah” pilotsuz təyyarələr bölməsinin komandiri Məhəmməd Sərurun dəfnində iştirak edib.

    “Le Parisien” bildirib ki, İsrail ordusu toplantı barədə məlumatı tədbirdən cəmi 4 saat əvvəl alıb. Amma “Kan 11” telekanalı isə bu məlumatın bir neçə gün əvvəl əldə edildiyini iddia edir. Buna görə də o dövrdə bütün təhlükəsizlik qurumlarının rəhbərləri – İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hersi Halevi, Mossad rəhbəri Dudi Barnia, Şabak rəhbəri Ronen Bar və müdafiə naziri Qalant bir araya gələrək əməliyyat barədə razılığa gəliblər.

    Lakin baş nazir Netanyahu dərhal razılıq verməyib. Qalant dəfələrlə ona müraciət edərək bu fürsətin "ömrə bir dəfə rast gəlindiyini" izah edib. Amma Netanyahu əməliyyata icazə verməkdən imtina edib. Nəhayət, Nyu-Yorka – BMT-də çıxış etmək üçün yola düşənə qədər məsələ ilə bağlı təzyiqlər davam edib. Netanyahu ABŞ-a çatdıqdan sonra razılığını verib. Amma şərt qoyub ki, əməliyyat onun çıxışını bitirdikdən sonra həyata keçirilsin.

    Netanyahunun çıxışı Nyu-York vaxtı ilə saat 18:00-da başlayıb. O, əməliyyatın saat 18:30-da həyata keçirilməsini istəyib. Müdafiə naziri ilə dəqiqələr üzərində danışıqlardan sonra razılıq əldə olunub – əməliyyat saat 18:20-də, yəni Netanyahu tribunadan endiyi anda həyata keçirilib. Həmin anda Netanyahunun hərbi katibi ona üzərində bircə söz yazılmış kağız verib: “Yerinə yetirildi.”

    #Livan #Hizbullah #Həsən Nəsrullah #Livan xəbərləri #Hizbullah və Livan siyasəti #Həsən Nəsrullah sui-qəsdi #Hizbullah və Livan hökuməti #Nəsrullahın dəfni #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #Hizbullahın hərbi arsenalı #Hizbullah və Əl-Əmal Hərəkatı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #Livan Hizbullah #Həsən Nəsrullah və şiə travması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Küveyt Livanın səkkiz xəstəxanasını terror siyahısına salıb

    9 Fevral 2026 10:14

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Livan ordusunun rəhbəri Rodolf Haykal hərbi dəstək paketini müzakirə etmək üçün Vaşinqtona gedir

    20 Yanvar 2026 10:44

    İsrail ordusu Livanın cənubundakı Hizbullah mövqelərinə zərbələr endirdiyini bildirib

    19 Yanvar 2026 16:05

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    18 Yanvar 2026 14:00

    Livan hökuməti ilə Hizbullah arasında "vətəndaş müharibəsi" xəbərdarlığı gərginliyi artırıb

    15 Yanvar 2026 11:43

    Livan Prezidenti Cozef Aun və Hizbullah arasında gərginlik pik həddə çatıb

    14 Yanvar 2026 11:56
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Marta Kos Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    Prezident İlham Əliyev: Bağlantılar və marşrutlar Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq

    Abaza Mehmed Paşa kimdir? Yüksəlişdən edama gedən yol

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.