Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Sual-Cavab

    Kəbənin idarəçiliyi yəhudilərə verilibmi?

    7 May 2025 01:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Peyğəmbərimizin (s) dövründə Kəbənin idarəçiliyi yəhudi ailəsinə verilibmi? İddiaya görə,Məkkə əhli buan qarşı çıxsalar da, Peyğəmbərimiz (s) bildirib ki , bu iş səlahiyyətli şəxslərə verilməlidir bu məsələdə təcrübə sahibidirlər. Bu məlumat nə qədər doğrudur?
    Kəbənin idarəçiliyinin yəhudilərə verilməsi ilə bağlı heç bir məlumat yoxdur və bu iddia tam olaraq əsassəzdır.

    Məsələnin həqiqəti budur:
    Məkkə fəth olunduğu zaman Kəbənin açarı Məkkə fəth edilməmişdən əvvəl müsəlman olan Osman ibn Təlhaya verildi. İbn Təlha Qureyşin Əbdüddaroğulları qəbiləsindən idi.
    Qureyşin əcdadı Qusaydan bəri Əbdüddaroğulları Kəbənin baxımı, qapı və açarlarının qorunması, ziyarətçilərin üzünə açılması kimi mühüm bir vəzifə yerinə yetirmişdir. Bu vəzifə atadan oğula keçərək, Osman ibn Təlhaya çatdı.
    İslama dəvətin ilk illərindəPeyğəmbərimizə və digər müsəlmanlara şiddətlə qarşı çıxan Osman ibn Təlha öz qəbiləsindən olan gənc Musab ibn Ümeyrin müsəlman olduğunu və gizli namaz qıldığını görəndə ondan ailəsinə şikayət etdi və Allah Rəsulu ilə görüşə bilməməsi üçün onun bir müddət evdə həbs etdirdi.
    Bir gün Peyğəmbər Məkkədə Osmanla görüşəndə ​​ona İslamı qəbul etməyi təklif etdi. Lakin Osman, bu təklifi rədd etdi. Peyğəmbər ona gələcəkdə Kəbənin açarlarına sahib olacağını və bu açarları istədiyinə verəcəyini söylədi.
    Osman belə bir vəziyyətin Qureyşi alçaldacağını iddia etdi. Osman ibn Təlhanın İslama qarşı düşmənçiliyi hicrətdən sonra da davam etdi.
    O, bütün qohumları ilə birlikdə Uhud döyüşündə iştirak etdi. Osman bu döyüşdə Məkkə mü.riklərinin ordusunda vuruşurdu, döyüşdə onun atası, dörd qardaşı və əmisi öldürüldü.Osman özü canını çətinliklə qurtarıb Məkkəyə qaçdı. Osman yenə Xəndək döyüşündə müşriklərin ordusunda vuruşdu və uğursuz hücümdan sonra Məkkəyə qayıtdı. Osman ibn Təlhanın İslama baxışı , Hudeybiyyə sülhü əsnasında dəyişməyə başladı. Daha sonra Osman ibn Təlha yaxın dostu Xalid ibn Valid ilə birlikdə İslamı qəbul edərək müsəlman oldular.

    Osman ibn Təlha müsəlman olduqdan az sonra Məkkənin fəthində iştirak etdi. Mədinəyə hicrət etməzdən əvvəl Kəbənin açarlarını anasına vermişdi.
    Məkkə fəth olunduğu zaman Peyğəmbər Kəbəni təvaf etdi və daha sonra Osmana Kəbənin qapısını açdırdı. İçindəki bütləri qırdı və oranı təmizlədi.

    Kəbənin içində çıxdıqda səhabələrədn Abbas və Əli, Kəbənin açarlarının onlara verilməsini istədikdə, Allah Rəsulu Osman ibn Təlhaya üzünü tutaraq, Kəbənin açarları ilə bağlı söhbətlərini ona xatırlatdı.
    Buna əsasən belə bir nəticəyə gəlmək olar ki, müsəlmanları öz işlərində mühüm vəzifələrə təyin edərkən onların irsi yaxınlığa görə deyil, müsəlmanlar arasından səriştəli və bacarıqlı şəxslərə təyin edilməsinin məqsədəuyğun olduğunu bilmək lazımdır.

    #Sual-cavab #kəbə qapıları #Kəbə və bütlər #Kəbə haqqında məlumat #Müqəddəs Kəbəyə aparan tarixi yollar #Peyğəmbərin səhabələri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kəbənin qiyamətə yaxın dağıdılması ilə bağlı hədislər nə bildirir

    11 Yanvar 2026 16:59

    İslamda duanın mənəvi mahiyyəti və qəbul şərtləri

    21 Dekabr 2025 11:00

    Orqan bağışlamağın İslamda hökmü – Həkimlər və alimlər nə deyir?

    30 Noyabr 2025 19:50

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    İblisin cinsiyyəti barədə iddialar - fakta əsaslanan cavab

    29 Noyabr 2025 15:36

    Qadının məhrəmləri yanında örtünmə qaydaları: fiqhi məzhəblərinin izahı

    19 Noyabr 2025 14:05

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    16 Noyabr 2025 18:20

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Xütbə oxunarkən qaza namazı qılmaq olar?

    14 Noyabr 2025 10:48

    Məsciddə yatmaq olarmı? – Hökmlər və istisnalar

    5 Noyabr 2025 16:00

    Nə üçün hər namazdan sonra Ayətəl-kürsi oxunur?

    4 Noyabr 2025 09:32

    Peyğəmbərin vəfatına qədər vəhylər davam edib?

    14 Oktyabr 2025 21:22
    Demo
    XƏBƏR LENTİ

    Zorakılıqdan qaçmırıq, ona qarşı çıxırıq - Ranveer Singh

    Yaşar Gülər ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsini qəbul edib

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    Ötən il 195-1 Çağrı Mərkəzinə 583 mindən çox müraciət daxil olub

    Qalatasaray və Fənərbaxça cərimələnib

    Siqhlər əsrlər boyu bərabərlik və sosial ədalət uğrunda mübarizə aparıblar - Sidhu Dabindercit Sinqh

    Ötən ildə əlilliyi olan şəxslərə 212 min reabilitasiya vasitəsi verilib

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.