Əsas səhifə » Tramp UMSCA ticarət sazişini ləğv edə bilər

Tramp UMSCA ticarət sazişini ləğv edə bilər

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Tramp, ABŞ, Kanada və Meksika arasında imzalanmış azad ticarət sazişi USMCA-nın (ABŞ-Meksika-Kanada Sazişi) ləğvi ehtimalını istisna etməyib.

AzerVoice xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Kanada Baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“USMCA bütün ölkələr üçün faydalıdır. Təxminən bir il ərzində biz onu ya tənzimləmək, ya da sona çatdırmaq üçün danışıqlar aparacağıq” - deyə, Tramp qeyd edib.

“Bəlkə də biz USMCA üzrə danışıqlara yenidən başlayacağıq. Əgər buna ehtiyac varsa. Amma indi bu ehtiyacın olub-olmadığına əmin deyiləm” - deyə, o əlavə edib.

Tramp, eyni zamanda, Karni tərəfindən irəli sürülən heç bir təklifin Vaşinqtonun Ottavaya qarşı gömrük rüsumları tətbiq etmək qərarını dəyişdirə biləcəyini düşünmədiyini də bildirib. O, bir daha vurğulayıb ki, ABŞ Kanadanı ildə təxminən 200 milyard dollar məbləğində faktiki olaraq subsidiyalaşdırır.

Qeyd edək ki, USMCA sazişi 2018-ci ildə Trampın təşəbbüsü ilə imzalanıb. O zaman Tramp ABŞ-ın maraqlarına uyğun olmadığını iddia etdiyi əvvəlki NAFTA razılaşmasının əvəzinə bu yeni sazişi irəli sürmüşdü. USMCA 2020-ci ildə qüvvəyə minib və 2026-cı ildə yenidən nəzərdən keçirilə bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice