Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yəmən

    ABŞ Husilərə qarşı hücumlarını dayandırır – Tramp

    6 May 2025 20:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Yəməndəki "Ənsar Allah" (husilər) hərəkatına qarşı hava zərbələrini dayandırır.

    AzerVoice xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald tramp bildirib.

    "Onlar (husilər) bizə dedilər ki, daha döyüşmək istəmirlər. Və biz buna hörmətlə yanaşırıq. Biz hava zərbələrini dayandıracağıq. Onlar təslim oldular" – deyə, Tramp bildirib.

    Tramp əlavə edib ki, husilər qarşılığında Qırmızı dənizdə və Bəb əl-Məndəb boğazında gəmilərə hücum etməyəcəklərinə söz veriblər.

    Jurnalistlərin ABŞ rəhbərliyinin husilərin gəmilərə hücum etməyəcəyinə dair vədə əsaslanıb bombardımanı dayandırmasının nə dərəcədə etibarlı olduğu ilə bağlı Trampa sual veriblər. Tramp isə bu sualı belə cavablandırıb: "Bu, əhəmiyyətli deyil. Onlar artıq istəmirlər ki, biz onlara zərbələr endirək. Əslində, mən bunun belə olacağını gözləyirdim."

    Qeyd edək ki, martın 15-də Trampın əmri ilə ABŞ ordusu Yəmənin təxminən üçdə birinə nəzarət edən husilərin mövqelərinə genişmiqyaslı hava zərbələri endirmişdi. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın məqsədinin ABŞ maraqlarını qorumaq və təhlükəsiz gəmiçiliyi təmin etmək olduğunu bildirmişdi. Cavab olaraq, "Ənsar Allah" hərəkatı Qırmızı dənizin şimalında yerləşən "Harry Truman" təyyarədaşıyan gəmisinə bir sıra hava hücumları etmişdi.

    #ABŞ #Donald Tramp #Yəmən #Husilər #CENTCOM #USS Harry Truman təyyarədaşıyan gəmisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    10 Noyabr 2025 18:28

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    10 Noyabr 2025 17:21

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Yəmən: Tarixi İrs, Coğrafiya və Müasir Reallıqlar

    10 Noyabr 2025 09:00

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədə mərc oynadığı müəyyən edilən üç futbolçu heyətdən çıxarılıb

    ABŞ Şama qarşı Sezar sanksiyalarını dayandırdı

    Beynəlxalq Boks Federasiyasının cinsiyyət testi qərarı şəxsən məni hədəf alır - İman Xəlif

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.