Əsas səhifə » ABŞ hərbi xərclərini 1,01 trilyon dollara qədər artırmağı planlaşdırır

ABŞ hərbi xərclərini 1,01 trilyon dollara qədər artırmağı planlaşdırır

BAKI, AzerVoice

ABŞ 2026-cı ildə hərbi xərclərini 1,01 trilyon dollara qədər artırmağı planlaşdırır.

AzerVoice xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən açıqlanan növbəti il üçün federal büdcə layihəsində qeyd olunub.

Sənəddə göstərilən məlumata görə, Vaşinqton cari il ilə müqayisədə müdafiə sahəsinə ayırdığı vəsaiti 13% artırmağı nəzərdə tutur.

Layihədə həmçinin, Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə ayrılan vəsaitin 2,46 milyard dollar azaldılması təklif edilib.

Ümumilikdə, xarici siyasət məqsədləri üçün nəzərdə tutulan xərclərin 9,6 milyard dollara qədər endirilməsi təklif olunur ki, bu da cari maliyyə ili üçün təqdim olunan büdcə layihəsi ilə müqayisədə 83,7% azalma deməkdir.

Digər Kateqoriyalar

2025 © Azervoice