Əsas səhifə » Almaniyada baş verən avtomobil qəzasında yaralananların sayı artıb (ƏLAVƏ OLUNUB-2)

Almaniyada baş verən avtomobil qəzasında yaralananların sayı artıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub

BAKI, AzerVoice

Almaniyanın Ştutqart şəhərinin mərkəzində avtomobil izdihamın üzərinə çırpılıb.

AzerVoice xəbər verir ki, bu barədə Ştutqart şəhər polisinin "X" sosial şəbəkəsində verdiyi məlumatda bildirilib.

“Son məlumata görə, səkkiz nəfər xəsarət alıb, onlardan üçü ağır yaralanıb.” Yaralılardan ən azı biri reanimasiya şöbəsinə yerləşdirilib" - deyə, məlumatda qeyd olunub.

Hüquq-mühafizə orqanları hadisə nəticəsində əhalinin təhlükə altında olmadığını vurğulayıb.

Hadisə yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 19:50) Şarlottenştrasse küçəsində, şəhər elektrik qatarı stansiyasının yaxınlığında baş verib. Hadisəni törədən qara rəngli "Mersedes" markalı avtomobilin sürücüsü saxlanılıb. hadisənin baş verdiyi ərazi isə polis tərəfindən mühasirəyə alınıb. Hadisənin qəza olduğu və ya qəsdən törədildiyi hələlik məlum deyil. Polis terror aktı versiyasını isə hələ ki təsdiqləmir.

Digər Kateqoriyalar

2025 © Azervoice