Əsas səhifə » Yaponiyada rəqəmsal kənd təsərrüfatı üzrə təcrübə paylaşılacaq

Yaponiyada rəqəmsal kənd təsərrüfatı üzrə təcrübə paylaşılacaq

BAKI, AzerVoice

Tokioda kənd təsərrüfatı və maliyyə sahəsində beynəlxalq təlim proqramı keçiriləcək.

AzerVoice xəbər verir ki, 12 iyun 2025-ci il tarixində Yaponiyanın Tokio şəhərində “Yaponiyanın Maliyyə Xidmətləri və Rəqəmsal Kənd Təsərrüfatı Transformasiyalarında Ən Yaxşı Təcrübələri” adlı beynəlxalq proqram təşkil olunacaq.

Təlim proqramının əsas məqsədi iştirakçılara kənd təsərrüfatı maliyyəsi, rəqəmsal texnologiyaların kənd təsərrüfatı və qida zəncirlərinə tətbiqi, həmçinin hökumət, kooperativlər və özəl sektor arasında əməkdaşlıq modelləri üzrə praktiki biliklər təqdim etməkdir. Tədbir mühazirələr, sahə ziyarətləri və Yaponiyanın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən dövlət və özəl qurumlarla görüşləri əhatə edəcək.

Qeyd edək ki, proqramda iştirak üçün namizədlərdən müvafiq sahədə ən azı 5 il təcrübəyə malik, orta və ya yüksək idarəetmə səviyyəsində çalışan şəxslər seçiləcək. Təlim üçün tələb olunan investisiya məbləği 2,198.00 ABŞ dolları təşkil edir və bu məbləğ daxili nəqliyyat, mühazirələr və inzibati xərcləri əhatə edir. Beynəlxalq uçuş, yaşayış, qidalanma və səyahət sığortası iştirakçının və ya göndərən qurumun məsuliyyətində olacaq.

Digər Kateqoriyalar

2025 © Azervoice