70
BAKI, AzerVoice
ABŞ Çin mallarına tətbiq olunan rüsumları 145 faizədək artırıb.
AzerVoice xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat verib.
Xatırladaq ki, dünən Tramp Truth Social sosial şəbəkəsində Çindən gətirilən məhsullara tətbiq olunan idxal rüsumlarının 125%-ə qaldırıldığını elan etmişdi. Bununla yanaşı o bildirmişdi ki, bəzi ölkələr üçün tətbiq edilən əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır və həmin dövrdə bu tariflər 10% olacaq.