BAKI, AzerVoice
Türkiyə Xarici İşlər Nazirliyi pakistan və hindistan arasında atəşkəsin əldə olunmasını alqışlayıb.
AzerVoice xəbər verir ki, bu haqda nazirliyin verdiyi bəyanatda deyilir.
Bəyanatda, iki ölkə arasında atəşkəsin təmin olunmasında iştirak edən bütün ölkələrə təşəkkür bildirilib.
“Pakistan ilə Hindistan arasında atəşkəs qərarının qəbul olunmasından məmnunluq duyuruq. Tərəfləri, birbaşa dialoqun qurulması üçün atəşkəsin yaratdığı bu fürsətdən maksimum şəkildə faydalanmağa çağırırıq.
Cənubi Asiyada sabitliyin davamlı olması baxımından, oxşar gərginliklərin qarşısını alacaq dialoq mexanizmlərinin, terrorla mübarizə sahəsi daxil olmaqla, qurulmasının vacib olduğu açıq-aşkardır.
Başda ABŞ olmaqla, atəşkəsin əldə olunmasına töhfə verən bütün ölkələrə təşəkkür edirik” - deyə, bəyanatda qeyd olunub.