Bakı, AzerVoice
İspaniyanın Baş naziri Pedro Sançes may ayında rəsmi olaraq tanıdıqları Fələstin Dövləti ilə ilk ikitərəfli zirvə toplantısını ilin sonuna qədər keçirəcəklərini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu haqda Sançes yay fasiləsindən sonra Madriddəki Servantes İnstitutunda hökumətinin qarşıdakı siyasi dövrdə prioritetləri ilə bağlı çıxışı zamanı danışıb.
O, “Biz BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) dəstəkləyərək, Beynəlxalq Cinayət Məhkəməsində (İsrail Baş naziri) Netanyahuya təzyiq göstərməyə davam edərək və Fələstin dövləti ilə əlaqələrimizi gücləndirərək Qəzza xalqına dəstək olmağa davam edəcəyik",- deyə qeyd edib.
İspaniyanın mayın 28-də Fələstin dövlətini rəsmən tanıdığını xatırladan Sançez, "Burada demək istərdim ki, İspaniya ilə Fələstin dövlətləri arasında ilk ikitərəfli zirvə toplantısını ilin sonuna qədər keçirəcəyik. Bu, bir zirvədə İspaniya ilə Fələstin dövlətləri arasında müxtəlif müqavilələrin imzalanacağını gözləyirik”,- deyə əlavə edib.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz sentyabrın 2-də sosial media hesabından verdiyi açıqlamada İspaniyanın baş naziri Sançesə müraciət edərək, ondan “Fələstini tanımaqda geri çəkilməsini” istəyib.
Bunun qarşılığında isə, İspaniyanın baş naziri Sançes Fələstin dövləti ilə ikitərəfli sammitin keçiriləcəyini açıqlayaraq İsrail xarici işlər nazirinə cavab verib.