BAKI, AzerVoice
Transfermarkt portalı futbolçuların bazar dəyərlərini yeniləyib.
AzerVoice xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yenilənmədən sonra “Real”ın hücumçusu Kilian Mbappenin qiyməti 20 milyon avro artaraq 200 milyon avroya yüksəlib.
La Liqada ən çox bahalaşan futbolçu isə “Real”ın yarımmüdafiəçisi Arda Güler olub. Türkiyəli oyunçunun dəyəri 30 milyon avro artaraq 90 milyon avroya yüksəlib.
