Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Livanda İranın Qüds Qüvvələrinə bağlı əməliyyatçının öldürüldüyünü açıqlayıb

    25 Dekabr 2025 20:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail ordusu Livanda həyata keçirilən zərbə nəticəsində İranın “Qüds” Qüvvələrinə bağlı elit bölmənin üzvlərindən birinin öldürüldüyünü açıqlayıb.

    AzerVoice xəbər verir ki, İsrail hərbçilərinin məlumatına görə, öldürülən şəxs İran İnqilab Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən “Qüds” Qüvvələrinin 840-cı bölməsinin əsas əməliyyatçılarından biri olub. Bildirilib ki, sözügedən şəxs Suriya və Livan ərazisindən İsrailə qarşı hücumların planlaşdırılmasında iştirak edib.

    İsrail ordusu öldürülən şəxsin Hüseyn Mahmud Marşad əl-Cəvhəri olduğunu bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, o, Livanın Ənsariyyə bölgəsində həyata keçirilən əməliyyat zamanı zərərsizləşdirilib. Hadisənin detalları ilə bağlı əlavə məlumat verilməyib.

    Açıqlamada vurğulanıb ki, Hüseyn Mahmud Marşad əl-Cəvhəri İran tərəfindən yönləndirilən və İsrail dövləti, eləcə də onun təhlükəsizlik qüvvələrinə qarşı fəaliyyət göstərən silahlı strukturlarda iştirak edib.

    Xatırladaq ki, İsrail və İran arasında iyun ayında qısa müddətli hərbi qarşıdurma yaşanıb. Bu fonda İsrail ordusu Livan ərazisində demək olar ki, hər gün hava və artilleriya zərbələri endirib. İsrail tərəfi bu əməliyyatların məqsədinin İranın dəstəklədiyi “Hizbullah” qruplaşmasının hərbi potensialının bərpa olunmasının qarşısını almaq olduğunu bildirib.

    2024-cü ilin noyabrında ABŞ-ın vasitəçiliyi ilə İsrail və “Hizbullah” arasında əldə olunan atəşkəs razılaşması bir ildən artıq davam edən silahlı toqquşmalara son qoyub. Razılaşmaya əsasən, Livanın cənubunda, İsrail sərhədlərinə yaxın ərazilərdə silahlı qruplaşmaların tərksilah olunması nəzərdə tutulur.

    #İran İnqilab Keşikçiləri Korpusu #İsrail Livan zərbəsi #İran Qüds Qüvvələri #Livanda İsrail əməliyyatı #İsrail İran qarşıdurması #Livan təhlükəsizlik vəziyyəti #Hizbullah və İsrail #İsrailin Livanda İran Qüds Qüvvələrinə qarşı əməliyyatı #İsrail ordusunun Livandakı son zərbələri #İranın Qüds Qüvvələrinin Livandakı fəaliyyəti #İsrail Hizbullah və İranla bağlı hərbi addımlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Aİ SEPAH-ı terror siyahısına sala bilər - Kallas

    29 Yanvar 2026 12:08

    İran etirazlar zamanı “Bəsic” üzvünün öldüyünü açıqlayıb

    1 Yanvar 2026 16:22

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

    13 Oktyabr 2025 20:25

    Hörmüz Boğazının bağlanması qərarı yüksək səviyyəli rəsmilərə aiddir - SEPAH

    11 Oktyabr 2025 11:43

    İsrail və ABŞ-la toqquşmadan sonra Laricaninin strateji missiyası nədir?

    16 Sentyabr 2025 18:00

    Avstraliya İran səfirini ölkədən çıxarır, SEPAH-ı “terror təşkilatı” kimi tanımaq üçün addımlar atır

    26 Avqust 2025 09:40

    İranda doqquz İŞİD üzvü edam edilib

    10 İyun 2025 15:52

    İrana qarşı hər hansı təxribat sionist rejimin sonunu gətirəcək - SEPAH komandanı

    5 İyun 2025 19:53

    İran kəşfiyyat naziri ABŞ və İsrailə xəbərdarlıq etdi

    23 Fevral 2025 11:02

    İnqilab Keşikçiləri İsraildən məhdud və kiçik hücum gözləyir

    23 Oktyabr 2024 11:06
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.