BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Respublikası ilə Fələstin Dövləti arasında imzalanmış “Keçici Serbest Ticarət Anlaşması” rəsmi olaraq təsdiqlənib.
AzerVoice xəbər verir ki, bu barədə qərar 18 dekabr 2025-ci il tarixli Resmi Gazetenin 33112 saylı buraxılışında dərc edilib.
Qərara əsasən, 25 dekabr 2024-cü ildə keçirilmiş Ortaq Komitə iclasında qəbul olunan və 1/2024 saylı qərarla müşayiət edilən notalar Türkiyə hökuməti tərəfindən 5301 saylı Qanunun 1-ci maddəsi və 9 saylı Prezident Qərarnaməsi 2-ci və 3-cü maddələrinə uyğun şəkildə təsdiq olunub.
Sənəd Türkiyə Prezidenti Recep Tayyip Erdoğan tərəfindən imzalanaraq qüvvəyə minib.
