Bakı, AzerVoice
İran prezidenti Məsud Pezeşkian keçmiş xarici işlər naziri və İranın nüvə sazişinin memarı Məhəmməd Cavad Zərifini strateji məsələlər üzrə köməkçisi təyin edib.
AzerVoice xəbər verir ki, bu haqda İran mətbuatı məlumat yayıb.
Pezeşkian yeni vəzifəyə təyinat məktubunda, “Siz ən önəmli milli və beynəlxalq hadisələri, habelə konstitusiyanın məqsədlərinə çatmaqla bağlı müvəffəqiyyət dərəcəsini təqib etmək və bu barədə mənə məlumat verməkdən məsuliyyət daşıyırsınız",-deyə qeyd edilir.
Mötədil keçmiş prezident Həsən Ruhaninin dövründə 2013-2021-ci illər arasında xarici işlər naziri vəzifəsini icra edən Zərif islahatçılara yaxın olsa da heç bir partiyaya aid deyildi.
Zərif Pezeşkiyanın seçki kampaniyasında önəmli bir şəxs idi və yeni prezidentin qələbəsində mühüm rol oynayıb.
Zərif həmçinin, 2015-ci ildə Tehranın nüvə proqramına məhdudiyyətlər qoyulması müqabilində ölkəyə qarşı tətbiq edilən sanksiyaları yumşaltmaq məqsədi ilə beynəlxalq tərəflərlə əldə edilmiş nüvə sazişinin memarıdır.
Lakin saziş 2018-ci ildə ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa edən keçmiş prezident Donald Trampın dövründə anlaşmadan çıxması ilə dağılmağa başladı.
Pezeşkian seçki kampaniyası zamanı İranı “təcrid” olunmuş vəziyyətdən çıxarmaq üçün onun dünyaya daha açıq olmağa çağırıb və sanksiyaların ləğv edilməsi ilə bağlı keçmiş razılaşmanı yenidən canlandıracağını vəd edib.