Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Qəzzəyə “humanitar yardım”- xaosun içində artan aclıq

    31 İyul 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qəzzə zolağına məhdud və yetərsiz şəkildə humanitar yardımların daxil olmasına baxmayaraq, bu yardımlardan ən çox faydalananlar – beynəlxalq və yerli qurumların təsdiqlədiyi kimi – ehtiyacı olan insanlar deyil, qarətçilər, silahlı dəstələr və təşkilatlanmış oğrulardır.

    Yardımların çatdırılması prosesi hazırda Qəzzədə hökm sürən xaotik vəziyyət səbəbilə sistematik şəkildə pozulur. HƏMAS hökumətinin bütün səylərinə baxmayaraq, İsrailin dəfələrlə hökumət strukturlarını və silahlı birləşmələri hədəfə alması nəticəsində bölgədə təhlükəsizlik və nizam təmin edilə bilmir.

    Sonuncu hadisə bazar ertəsi axşam saatlarında baş verib – Zikim keçid məntəqəsindən daxil olan yardımları qorumağa çalışan qəbilə və ailə birləşmələrinin üzvləri İsrail ordusu tərəfindən bombalanıb. Nəticədə 5 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Bu bombardman yardımların tam giriş anında baş verdiyindən, silahlı dəstələr və qarətçilər dərhal hərəkətə keçərək yardımları talan ediblər.

    Yardım maşınları talan edilir, ehtiyacı olanlar geri çəkilir

    Misirdən daxil olan yardım maşınları, hətta Qəzzədəki misirli və xristian icmalarına ayrılmış yardımları belə, ünvanına çatdıra bilməyib – çünki həmin yardımlar yolda oğurlanıb və talan edilib.

    Yerində müşahidələrə əsasən, hava yolu ilə atılan yardımların da böyük əksəriyyəti oğurlanır. Yalnız çox kiçik bir hissəsini bəzi vətəndaşlar ailələrini aclıqdan xilas etmək ümidi ilə ağır mübarizə apararaq ələ keçirə bilir. Onlar çox zaman bu yardımlara çatmaq üçün qarətçi dəstələrlə qarşıdurmalara girməli olurlar.

    Qəzzə sakini Cəmil Həsnə, Şeyx Rıdvan məhəlləsindən çıxaraq dörd gün ərzində 3 kilometrlik məsafəni piyada qət edərək un (25 kq-lıq çuval) əldə etməyə çalışdığını bildirib. Bu səylərin yalnız birində uğur qazansa da, həmin unun da bir qrup qarətçi tərəfindən zorakılıqla əlindən alındığını deyib. Həsnə əlavə edib ki, bir neçə gün əvvəl yardım gözləyən gənclərin yanında top mərmisinin partlaması nəticəsində də ölümlə üz-üzə qalıb.

    Təşkilatlanmış talançılıq və “yardım bazarları”

    Yardım yük maşınları oğurlandıqdan sonra onların məzmunu yüksək qiymətlərlə Qəzzənin müxtəlif bazarlarında satışa çıxarılır. Dövlət və özəl sektorda çalışan əməkdaşlar bu məhsulları almaqda çətinlik çəkir – həm qiymətlər çox bahadır, həm də bankların işləməməsi səbəbindən nağd vəsait qıtlığı yaşanır.

    Bir çox hallarda, bank tətbiqlərindəki elektron pul vəsaitini nağd pula çevirmək üçün 48 faizədək komissiya tutulur, yəni 100 dollar qarşılığında yalnız 52 dollar əldə etmək mümkündür.

    Qəzzənin Səbrə bölgəsindən olan dövlət qulluqçusu Əhməd əl-Məğribi belə vəziyyəti belə təsvir edir:

    “Həyatımızın hər tərəfini qarətçilər idarə edir – yeməyimiz, pulumuz, ümumiyyətlə yaşamağımız onların əlindədir. Ona görə də bu vəziyyətdən qurtulmağın yeganə yolu miqrasiya etməkdir.”

    Əl-Məğribi əlavə edir ki, bu qarətçi dəstələr bəzi iş adamları və ticarətçilər tərəfindən maliyyələşdirilir və ehtimal ki, yardımların düşdüyü yerləri öncədən bilirlər. Bəziləri hətta onların İsrail ilə koordinasiya içində hərəkət etdiyini düşünür.

    Yardım bazarında qiymət "rekordları"

    Yardımlar oğurlandıqdan sonra bazarlarda yüksək qiymətlərlə satılır. Son günlərdə:

    • 1 kq şəkərin qiyməti 130 dollara,
    • hazır konserv yeməklər 44–60 dollar arası,
    • bir qutu uşaq südü 69 dollar,
    • bir ədəd uşaq bezi (pampers) isə 4 dollar təşkil edir.

    Ümumdünya Ərzaq Proqramı bildirib ki, bazar ertəsi Qəzzəyə daxil olan 55 yardım maşını sakinlərin hücumuna məruz qalıb və yüklər ələ keçirilib. Təşkilat qeyd edir ki, hazırda yardımların paylanması prosesində heç bir irəliləyiş yoxdur və alternativ yollarla yardım çatdırılmasına da icazə verilmir.

    İsrailin “yardım teatrı” və acı reallıq

    Beyt Lahiyədən olan və hazırda Qəzzə şəhərində müvəqqəti yaşayan Nisrin əl-Asi, İsrailin yardım məsələsini bir “səhnələşdirilmiş tamaşa” kimi istifadə etdiyini bildirir. Onun sözlərinə görə, İsrail beynəlxalq ictimaiyyətə yardımın daxil olmasına icazə verdiyini göstərmək istəsə də, əslində aclığı idarə edərək xaosu dərinləşdirir və yardımın əsl ehtiyac sahiblərinə çatmasına bilərəkdən mane olur.

    Qəzzənin Hökumət Media Ofisi isə bildirir ki, daxil olan yardım maşınlarının əksəriyyəti sistemli şəkildə talan edilir. Hava yoluyla atılan yardımların isə miqdarı gündə yarım yük maşını qədər belə olmur və bir çoxu təhlükəli "qırmızı zonalara" düşür.

    “Qəzzədə baş verənlər İsrailin məqsədli şəkildə xaos yaymağa və aclığı planlı şəkildə idarə etməyə çalışdığını sübut edir. Yardımların qəsdən əhaliyə və anbarlara çatmasına imkan verilmir – bu isə beynəlxalq hüquqa zidd olaraq mülki əhaliyə qarşı sistemli bir cinayətdir.”-deyə rəsmi bəyanatda qeyd olunur.

    Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq
    Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq
    Qəzzəyə “humanitar yardım”-  xaosun içində artan aclıq
    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #Qəzzədə aclıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada 6 min amputasiya aparılıb

    12 Noyabr 2025 02:00

    İsrail uşaq peyvəndlərinin girişini məhdudlaşdırır - UNICEF

    11 Noyabr 2025 20:29

    Qəzza zolağının infrastrukturunun 85%-i dağıdılıb

    11 Noyabr 2025 10:11

    Türkiyə və ABŞ XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    11 Noyabr 2025 09:07

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    10 Noyabr 2025 18:28

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Atəşkəsdən sonra İsraildə müharibədən sonrakı siyasi gərginlik yaşanır

    8 Noyabr 2025 18:43

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Fələstin Prezidenti və İtaliyanın Baş naziri Qəzza atəşkəsi səylərini müzakirə edib

    8 Noyabr 2025 09:19

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    8 Noyabr 2025 07:11

    Türkiyə Netanyahu və İsrail rəsmiləri barədə həbs qərarı çıxarıb

    7 Noyabr 2025 22:59

    İsrail müdafiə naziri Qəzza zolağında bütün tunellərin məhv edilməsini əmr etdi

    7 Noyabr 2025 14:48
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Yuri Andropov SSRİ baş katibi oldu

    Qəzzada 6 min amputasiya aparılıb

    Bu gün Cimmi Karter İran neftinin idxalını dayandırdı

    Tarixdə bu gün - 12 noyabr

    Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə yayılan yalan məlumatlara münasibət bildirib (ƏLAVƏ OLUNUB)

    Türkiyə Daxili İşlər naziri təyyarənin qəzaya uğradığı əraziyə gəlib

    Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

    Gürcüstan Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

    Türk Dövlətləri Təşkilatı Türkiyəyə C-130 təyyarəsi qəzası ilə bağlı başsağlığı verib

    Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin qalıqları tapılıb - Ali Yerlikaya

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.