Əsas səhifə » Tramp deyir ki, Zelenski sülhün olmasını istəmir

Tramp deyir ki, Zelenski sülhün olmasını istəmir

Bakı, AzerVoice

Biz artıq Zelenskiyə dözə bilməyəcəyik. Bu adam, ABŞ-ın dəstəyini aldığı müddətcə sülhün olmasını istəmir.

AzerVoice xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamada yer alıb.

Ukrayna prezidenti Volodimir Zelenski son açıqlamasında müharibənin sonunun çox uzaq olduğunu bildirib. Donald Tramp isə, Zelenskinin bu sözlərinə sərt reaksiya verib. Tramp bildirib ki, bu, Zelenski tərəfindən verilə biləcək ən pis açıqlamadır.

Tramp həmçinin vurğulayıb ki, Avropa liderləri Zelenski ilə görüşdə ABŞ-ın iştirakı olmadan bu işin öhdəsindən gələ bilməyəcəklərini açıq şəkildə ifadə etdilər.

Nəzərinizə çatdıraq ki, ABŞ Prezidenti Donald Tramp, ikinci dəfə prezident seçildikdən sonra ilk Konqres çıxışını çərşənbə axşamı edəcək.

Ağ Evdən verilən açıqlamaya görə, Tramp Konqresdə keçiriləcək birgə iclasda əsas gündəm məsələləri ilə bağlı fikirlərini paylaşacaq.

Yanvarın 20-də prezident vəzifəsinə başlayan Tramp, təxminən 6 həftə sonra Senat və Nümayəndələr Palatası üzvlərinin iştirak edəcəyi iclasda Amerika xalqına müraciət edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice