Əsas səhifə » Rusiya Ukraynadan yeni danışıqlar raundu üçün tarixləri gözləyir - Peskov

Rusiya Ukraynadan yeni danışıqlar raundu üçün tarixləri gözləyir - Peskov

BAKI, AzerVoice

Rusiya tərəfi Ukrayna ilə birbaşa danışıqların növbəti raundunun tarixlərini hələ də gözləyir.

AzerVoice xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlama verib.

“Prezident Putinin ötən həftə qeyd etdiyi kimi, biz hələ də Ukrayna tərəfindən mümkün tarixlərlə bağlı təklif gözləyirik. Tarixlər razılaşdırıldıqdan sonra, bu barədə dərhal məlumat verəcəyik” – deyə Peskov bildirib.

Rusiya və Ukrayna arasında daha əvvəl İstanbulda keçirilmiş iki danışıqlar raundunun nəticəsi olaraq, tərəflər əsirlərin dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.

Razılaşmaya əsasən, “1000-ə 1000” prinsipi ilə mübadilə nəzərdə tutulub. Həmçinin, 25 yaşadək və ya ağır xəstə olan əsirlərin “hamıya qarşı hamı” prinsipi ilə azad olunması barədə razılaşma əldə olunub. Hər iki tərəf azı 1000 nəfərin dəyişdirilməsinə razılıq verib.

Digər Kateqoriyalar

2025 © Azervoice