Əsas səhifə » ABŞ deportasiya olunan miqrantlara nəzarət edir - El Salvador

ABŞ deportasiya olunan miqrantlara nəzarət edir - El Salvador

BAKI, AzerVoice

Deportasiya olunan miqrantların saxlanıldığı Salvador həbsxanasına ABŞ nəzarət edir .

AzerVoice xəbər verir ki, El Salvador hökuməti ABŞ-dan deportasiya edilən və Tecoluca şəhərindəki "meqa həbsxana"ya yerləşdirilən miqrantların Birləşmiş Ştatların, xüsusilə də Tramp administrasiyasının nəzarətində olduğunu BMT-yə təqdim etdiyi sənədlərlə təsdiqləyib.

Sözügedən məhkəmə müraciəti 100-dən çox miqrant vəkilləri tərəfindən Salvador məhkəmələrinə təqdim olunub. Sənədlərdə qeyd edilir ki, venezuelalı miqrantlar ABŞ-nın hüquqi və inzibati nəzarəti altında CECOT həbsxanasında saxlanılır və buna görə Birləşmiş Ştatlar məsuliyyət daşıyır.

ABŞ tərəfi isə bu məsələdə federal məhkəmələrin səlahiyyətsiz olduğunu irəli sürür və immiqrantların geri qaytarılmasının mümkün olmadığını bildirir.

Vəkillər isə bu faktın “ABŞ hökumətinin Amerika ictimaiyyətinə və məhkəmələrə qarşı qeyri-şəffaf davranışını” sübut etdiyini bildirir və Tramp administrasiyasını məsuliyyətdən yayınmaqda ittiham edirlər.

Qeyd edək ki, Tecoluca şəhərində yerləşən və "meqa həbsxana" kimi tanınan CECOT (Centro de Confinamiento del Terrorismo) 40.000 nəfərlik tutumu ilə Qərb yarımkürəsinin ən böyük həbsxanası sayılır. El Salvador prezidenti Nayib Bukelenin rəhbərliyi ilə qurulan bu həbsxana əvvəlcə yalnız yerli cinayətkar qruplar üçün nəzərdə tutulsa da, sonradan deportasiya edilən əcnəbilərin də yerləşdirildiyi bir məkana çevrilib.

Digər Kateqoriyalar

2025 © Azervoice