Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Alyaskada Spurr vulkanının püskürməsi qaçılmaz ola bilər

    19 Fevral 2025 16:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Alyaskanın ən aktiv vulkanlarından biri olan Spurr dağı son aylarda artan vulkanik aktivliklə diqqət çəkir.

    AzerVoice xəbər verir ki, son 10 ay ərzində baş verən minlərlə kiçik zəlzələ vulkanın yaxın gələcəkdə püskürə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

    Alyaska Vulkan Rəsədxanasının mütəxəssisləri püskürmə ehtimalını 50% civarında qiymətləndirirlər. Son günlərdə aparılan müşahidələr göstərir ki, vulkanın şimal tərəfində, zirvə yaxınlığında çoxlu kiçik və dayaz zəlzələlər qeydə alınıb.

    Spurr vulkanı Ankoric şəhərindən cəmi 130 km qərbdə yerləşir. Əgər püskürmə baş versə, 1953-cü ildə olduğu kimi şəhər kül buluduna bürünə bilər. Həmin il kül buludu 10 km yüksəklikdə müşahidə edilərək, nəqliyyatın hərəkəti iflic olub, hava limanı bağlanıb. Maddi zərər isə milyonlarla dollar təşkil edib.

    Həmçinin, vulkanın səthi son vaxtlar 6,4 sm qədər şişib. Bu, vulkanın altında maqma yığılmasının və daxili təzyiqin artmasının göstəricisidir.

    Buna baxmayaraq, ekspertlər bildirirlər ki, hazırda təcili tədbirlər görməyə ehtiyac yoxdur.2004 və 2012-ci illərdə də oxşar aktivlik müşahidə olunub, lakin püskürmə baş verməyib. Əgər püskürmə baş verərsə, daha güclü seysmik aktivlik qeydə alınacaq və xəbərdarlıq imkanı olacaq.

    #vulkan #Alyaska #Təbii Fəlakət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Taylandın cənubunda sel fəlakətində ölənlərin sayı 150-ə çatıb

    28 Noyabr 2025 15:33

    Bu gün ABŞ Alyaskanı öz ərazisinə qatdı

    18 Oktyabr 2025 09:43

    Pakistanda daşqınlar səbəbindən 300 minə yaxın insan təxliyə edilib

    3 Sentyabr 2025 17:21

    Türkiyə XİN Sudanda torpaq sürüşməsi ilə bağlı bəyanat paylaşıb

    3 Sentyabr 2025 10:46

    Türkiyə XİN Əfqanıstan zəlzələsi ilə bağlı bəyanat paylaşıb

    1 Sentyabr 2025 16:46

    Əfqanıstanda zəlzələ fəlakəti: - Qırmızı Xaç təcili yardım çağırışı edir

    1 Sentyabr 2025 14:09

    Əfqanıstanda 6 bal gücündə zəlzələ olub - yüzlərlə ölü

    1 Sentyabr 2025 09:14

    ABŞ-ın Kiyev mesajı - Tramp müharibənin bitməsini istəyir

    29 Avqust 2025 13:23

    Qazaxıstanda 5.1 bal gücündə zəlzələ olub

    28 Avqust 2025 16:23

    Etna vulkanı püskürməyə və lava axınına davam edir

    28 Avqust 2025 09:54

    İspaniya təbii fəlakət bölgəsinə çevrilir

    26 Avqust 2025 17:20

    Kajiki qasırğası Vyetnamda kütləvi təxliyəyə səbəb olub

    25 Avqust 2025 11:45
    Demo
    XƏBƏR LENTİ

    Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

    İrandan 24 kiloqramdan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb

    Suriya vətəndaşlarının ABŞ-yə girişi tam qadağan edilib

    Bakı Fond Birjasının nümayəndələri Qarabağ Universitetində tələbələrlə görüş keçirib

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 132 milyon dolları keçib (ÖZƏL)

    İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

    FIFA yeni bilet sistemi ilə bağlı qərar qəbul etdi

    İsrail BMT qərarlarını pozmağa davam edir və Qəzzadakı müharibəni dayandırmayıb - Fələstin

    Türkiyənin Bodrum limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Türkiyədə FETÖ əməliyyatlarında 90 nəfər həbs olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.