Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Əfqanıstanda zəlzələ fəlakəti: - Qırmızı Xaç təcili yardım çağırışı edir

    1 Sentyabr 2025 14:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Əfqanıstanın cənub-şərqində baş verən 6 bal gücündə zəlzələ çoxsaylı insan tələfatına səbəb olub və minlərlə ailəni köçkün vəziyyətinə salaraq təcili humanitar yardıma ehtiyac yaradıb.

    AzerVoice xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) Əfqanıstanda baş verən zəlzələ ilə bağlı yaydığı açıqlamada, Kunar, Nangarhar və Lağman əyalətlərindəki dağıdıcı zəlzələnin geniş miqyaslı ziyana səbəb olduğunu bildirib. Açıqlamada, zəlzələ nəticəsində bir çox ailənin evsiz qaldığı və təcili humanitar yardıma ehtiyac duyduğu vurğulanıb. Əfqanıstan Qızıl Ayparası fövqəladə hallar qruplarını zərər çəkmiş ərazilərə göndərərək axtarış-xilasetmə və tibbi yardım işlərinə başlayıb. Yaralılar, xüsusilə Nangarhar xəstəxanası kimi sıxlıq yaşanan tibb müəssisələrinə təxliyə edilir.

    IFRC-nin bəyanatında axtarış-xilasetmə əməliyyatları, təcili tibbi yardım, qida, təmiz su və yollara çıxışın bərpası kimi ehtiyacların ən təcili olduğu qeyd edilib. Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) zəlzələnin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, 8 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid isə zəlzələ nəticəsində ölənlərin sayının 800-ü, yaralıların sayının isə 2500-ü keçdiyini bildirib. Yerli hakimiyyət orqanları bu zəlzələni ölkənin son illərdəki ən güclü təbii fəlakətlərindən biri kimi qiymətləndirir.

    Qeyd edək ki, Əfqanıstanın cənub-şərq əyalətləri tez-tez zəlzələlərə məruz qalır, lakin bu miqyasda dağıntı və insan tələfatı ölkənin zəif infrastrukturunu və humanitar yardım sistemini daha da çətinləşdirir.

    #zəlzələ #Beynəlxalq Qırmızı Xaç Komitəsi #Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) #Əfqanıstan #Türk Qızıl Aypara Cəmiyyəti #Fövqəladə vəziyyət #yardım paketi #Təbii Fəlakət #Zəlzələ Xəbərləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

    21 Yanvar 2026 15:57

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    16 Yanvar 2026 14:59

    Pakistanda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı

    15 Yanvar 2026 14:11

    Türkiyədə 4,1 bal gücündə zəlzələ baş verib

    10 Yanvar 2026 09:49

    Filippinin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

    7 Yanvar 2026 09:21

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    6 Yanvar 2026 16:00

    Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib

    6 Yanvar 2026 09:29

    Səudiyyə Ərəbistanı humanitar yardım fəaliyyətlərini genişləndirir

    4 Yanvar 2026 17:41

    Bu gün ABŞ–SSRİ münasibətlərində “yaxınlaşma dövrü” başa çatdı

    2 Yanvar 2026 02:36

    Türkiyədə 2025-ci ildə 53 mindən çox zəlzələ qeydə alınıb

    30 Dekabr 2025 12:28

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    25 Dekabr 2025 13:10

    Əfqanıstanın polis rəisi Tehranda öldürülüb

    25 Dekabr 2025 12:28
    Demo
    XƏBƏR LENTİ

    Qəzzanın bərpasının gecikdirilməsi köç planlarına xidmət edir - Fələstin Baş naziri

    Bu gün Rusiyada “Qanlı Bazar” qətliamı baş verdi

    Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb

    Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib

    Tarixdə bu gün — 22 yanvar: Dünya tarixində önəmli hadisələr

    Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib

    Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    Prezident İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.