Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Əfqanıstanda 6 bal gücündə zəlzələ olub - yüzlərlə ölü

    1 Sentyabr 2025 09:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzi rayonu olan Cəlalabad yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

    AzerVoice xəbər verir ki, İlkin məlumatlara görə, zəlzələ nəticəsində 250-dən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb, ölü sayının artacağı gözlənilir.

    ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, Pakistan sərhədi yaxınlığında, 8 kilometr dərinlikdə olduğunu açıqlayıb. Zəlzələnin vurduğu ən böyük zərər Kunar əyalətində qeydə alınıb, burada torpaq sürüşməsi nəticəsində yollar bağlanıb və xilasetmə işləri vertolyotlarla aparılır.

    Əfqanıstan İnformasiya Nazirliyinin rəsmisi verdiyi açıqlamada, zəlzələnin ən çox Kunar əyalətini vurduğunu, axtarış-xilasetmə işlərinin çətin şərtlər altında davam etdiyini bildirib. Rəsmi, ilkin hesablamalara görə 250-dən çox insanın öldüyünü, 500-dən çox insanın yaralandığını və ölü sayının artma ehtimalının olduğunu qeyd edib.

    Əfqanıstanın müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid X platformasında yayımladığı bəyanatda zəlzələnin şərq əyalətlərində can və mal itkisinə səbəb olduğunu təsdiqləyib. Mücahid, yerli rəsmilərin və sakinlərin xilasetmə işlərinə cəlb olunduğunu, mərkəzi hökumət və ətraf əyalətlərdən qrupların bölgəyə göndərildiyini vurğulayıb.
    O, “Həyatları xilas etmək üçün bütün mövcud resurslardan istifadə ediləcək,” – deyə əlavə edib.

    Yerli rəsmilər zəlzələnin Əfqanıstanda son illərdə baş verən ən güclü təbii fəlakətlərdən biri olduğunu bildirib. Bundan əlavə, bölgədə 5,2 bal gücündə iki afterşok da qeydə alınıb, bu da xilasetmə işlərini daha da çətinləşdirir.

    #ABŞ #zəlzələ #Əfqanıstan #təhlükəsizlik #Fövqəladə vəziyyət #Təbii Fəlakət #Zəlzələ Xəbərləri #ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) #Zəlzələ diplomatiyası #zəlzələ fay xətti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ rekord həddə investisiya öhdəlikləri əldə edib - Tramp

    21 Yanvar 2026 19:08

    ABŞ bütün dünyada nüvə enerjisinin inkişafını dəstəkləyir - Tramp

    21 Yanvar 2026 18:15

    Hakan Fidan Sülh Şurasında Ərdoğanı təmsil edəcək

    21 Yanvar 2026 17:51

    Delsi Rodriqes ABŞ-a səfər edəcək

    21 Yanvar 2026 17:00

    Tacikistan–Əfqanıstan sərhədində silahlı toqquşma baş verib

    21 Yanvar 2026 15:57

    Avropa Qrenlandiya məsələsində təzyiqlərə boyun əyməyəcək - Makron

    21 Yanvar 2026 15:51

    Trampın xüsusi nümayəndəsi Putinlə görüşəcək

    21 Yanvar 2026 14:48

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq

    21 Yanvar 2026 13:29

    ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib

    21 Yanvar 2026 13:25

    Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub ünvanlayıb

    21 Yanvar 2026 13:11

    Donald Tramp Prezident İlham Əliyevə dəvət məktubu ünvanlayıb

    21 Yanvar 2026 13:08
    Demo
    XƏBƏR LENTİ

    Qəzzanın bərpasının gecikdirilməsi köç planlarına xidmət edir - Fələstin Baş naziri

    Bu gün Rusiyada “Qanlı Bazar” qətliamı baş verdi

    Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb

    Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib

    Tarixdə bu gün — 22 yanvar: Dünya tarixində önəmli hadisələr

    Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib

    Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    Prezident İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.