Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    İran ABŞ-la nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bəyan edib

    17 Dekabr 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İranın xarici işlər naziri Abbas Əraqçi nüvə məsələsinin həlli üçün ABŞ ilə qarşılıqlı hörmətə əsaslanan danışıqlara hazır olduqlarını bildirib.

    AzerVoice xəbər verir ki, Əraqçi bu barədə “Al Jazeera” telekanalına verdiyi müsahibədə danışıb. O, iyun ayında İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra ABŞ prezidenti Donald Trampa “sülh yolu ilə həll üçün güclü diplomatiya” çağırışı etdiyini qeyd edib.

    Nazir bildirib ki, tərəflər bir-birinin hüquqlarına hörmətlə yanaşarsa və qarşılıqlı maraqlara əsaslanan razılaşmaya hazır olarsa, nüvə məsələsinin dinc yolla həlli mümkündür.

    İranın nüvə obyektlərinə hücumların ciddi ziyan vurduğunu etiraf edən Əraqçi, buna baxmayaraq, ölkənin nüvə proqramının əsasını təşkil edən bilik və texnologiyanın məhv edilə bilmədiyini vurğulayıb. Onun sözlərinə görə, nüvə texnologiyası idxal olunan deyil, iranlı alimlərin məhsuludur və yenidən bərpa edilə bilər.

    Əraqçi müharibənin nəticəni dəyişməyəcəyini bildirərək qeyd edib ki, mümkün hərbi qarşıdurma halında ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsi Amerika hərbi bazalarının və obyektlərinin də hədəfə alınmasına səbəb ola bilər.

    İranın xarici işlər naziri ABŞ prezidentinə müraciət edərək diplomatiyaya və danışıqlar yolu ilə həll variantına qayıtmağı tövsiyə edib.

    #İran XİN #nüvə proqramı #Abbas Əraqçi #İran-ABŞ münasibətləri #İranın nüvə proqramı #İranın nüvə proqramı və beynəlxalq reaksiyalar #Nüvə proqramları #İranın nüvə proqramı 2025 #İran–ABŞ danışıqları #ABŞ və İsrailin İran siyasəti #ABŞ İran toqquşması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran ilə ABŞ arasındakı gərginlik böyüyür

    31 Yanvar 2026 14:36

    ABŞ İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

    31 Yanvar 2026 09:18

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    29 Yanvar 2026 23:43

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    28 Yanvar 2026 14:37

    ABŞ hərbi donanması İrana doğru yola düşüb - Tramp

    28 Yanvar 2026 10:06

    İran istənilən hücuma genişmiqyaslı cavab verəcək - İran XİN

    26 Yanvar 2026 14:00

    ABŞ-nin İrana mümkün hücumu fonunda İsrail ordusu hazırlıq vəziyyətini gücləndirib - İsrailli general

    26 Yanvar 2026 09:18

    Ceyhun Bayramov İranın nazir müavini ilə regional təhlükəsizliyi müzakirə edib

    23 Yanvar 2026 14:47

    İran XİN rəhbəri Ukrayna rəhbərliyini BMT Nizamnaməsini pozmaqda ittiham etdi

    23 Yanvar 2026 14:28

    İrana doğru böyük bir hərbi qüvvə irəliləyir – Tramp

    23 Yanvar 2026 12:00

    SEPAH-dan ABŞ-a sərt xəbərdarlıq: “Barmağımız tətikdədir”

    23 Yanvar 2026 10:34
    Demo
    XƏBƏR LENTİ

    Uşaqların dini tərbiyə məsələsi və dindarların hüquqi maarifləndirilməsi

    İsrailin tacsız kralı Netanyahu İsraildə hakimiyyət oyununu necə idarə edir?

    Osmanlı bəyliyinin böyümə sirri: Tarixçilərin qızğın mübahisəsi

    Milli Müdafiə Universiteti xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu elan edir

    Regional fəlakət qapıdadır: Trampın İran planı, Səudiyyənin müqaviməti və "Böyük Müharibə" ssenarisi

    2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

    Avstraliyalı döyüşçü UFC titulunu qorudu

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Çin “dünyanın ən böyük maşını” layihəsindən niyə imtina etdi?

    "İnter" fransalı futbolçunu transfer etməyəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.