Bakı,AzerVoice
London Ali Məhkəməsi İsrailin Qəzza zolağında 4 aydan artıq davam edən və on minlərlə mülki vətəndaşın həlak olması ilə nəticələnən müharibəsi fonunda Britaniya silahlarının İsrailə ixracının dayandırılması ilə bağlı iddianı rədd edib .
AzerVoice xəbər verir ki, iddia Fələstinin “Əl-Haq” İnsan Haqları Fondu və Qlobal Hüquqi Fəaliyyət Şəbəkəsi koalisiyası tərəfindən ötən ilin dekabr ayında qaldırılmışdı.
Lakin iddia qaldıran vəkillər dünən məhkəmənin bunu rədd etdiyini açıqlayıb və qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Vəkillər iddiada bildiriblər ki, Britaniyanın baş naziri Rişi Sunak hökuməti ötən ilin dekabrında nazirlik rəsmilərinin ifadə etdiyi narahatlıqlara baxmayaraq, hökumətin İsrailə silah ixracı üçün lisenziyalar verməyə davam etməsinə qərar verib.
“Əl-Haq” İnsan Haqları Fondu və Qlobal Hüquqi Fəaliyyət Şəbəkəsi koalisiyası iddia edir ki, Britaniaya qanunlarına əsasən, ölkə istehsalı olan silahlar kütləvi qırğınlar üçün istifadə edilə bilməz.
Ali Məhkəmənin rədd etdiyi iddiada bildirilirdi ki, Londona son bir neçə ildə Britaniya silahlarını, o cümlədən təyyarələr, gəmilər və hərbi radarlar üçün komponentlər İsrailə satmaq üçün icazə verilib.
Qeyd edək ki, 2023-cü il noyabrın 24-dən dekabrın 1-dək HƏMAS və İsrail arasında bir həftə ərzində atəşkəs əldə edilmiş, əsir mübadiləsi aparılıb və Qətər-Misir-Amerika vasitəçiliyi ilə çox məhdud humanitar yardım Qəzzaya gətirilib.
Təl-Əviv Qəzzada təxminən 134 israilli məhbus olduğunu təxmin edir, hər iki tərəfin rəsmi mənbələrinə görə, həbsxanalarında ən azı 8800 fələstinli saxlanılır.
2023-cü il oktyabrın 7- dən etibarən İsrail Qəzza zolağında dağıdıcı müharibə aparır ki, bu da çoxu uşaq və qadınlardan ibarət on minlərlə dinc sakinin həlak olması ilə yanaşı, misli görünməmiş humanitar fəlakətə səbə olub. Buna cavab olaraq, Tel Aviv soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılıb.