BAKI,AzerVoice, Fərid Mikayılov
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün, Özbəkistana səfər edən Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüş zamanı iki ölkə arasında ali səviyyədə əldə olunmuş razılaşmaların icrası müzakirə olunub.
Xüsusilə ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat, energetika və infrastruktur sahələrində əməkdaşlıq layihələrinin sürətləndirilməsi diqqət mərkəzində olub.
Həmçinin, regional əlaqələrin fəal inkişaf etdirilməsi və mədəni-humanitar mübadilələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Prezidentlər regional əhəmiyyətli aktual məsələlər barədə də fikir mübadiləsi aparıblar.