Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəy

    Müasir dini təhsil modeli mənəvi dəyərlərlə qlobal çağırışlar arasında balans yaratmalıdır - Ramin Məmmədov

    22 Oktyabr 2025 11:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu gün “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müasir dövrdə dini təhsilin roluna və qarşıda duran çağırışlara diqqət çəkib.

    AzerVoice xəbər verir ki, Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti Azərbaycanı beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevirib. Onun sözlərinə görə, ölkədəki dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır: “Klassik İslam ənənələri və müasir pedaqoji yanaşmalar əsasında formalaşan modelin təkmilləşdirilməsi bizim əsas hədəflərimizdəndir.”

    Komitə sədri qeyd edib ki, simpoziumun müzakirə mövzuları yalnız elmi deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Qloballaşma, elmi-texnoloji inkişaf və informasiya axınının artdığı bir dövrdə din təhsilinin yeni modellərinin formalaşdırılması zərurəti yaranır.

    O vurğulayıb ki, müasir dini təhsil modeli mənəvi dəyərlərin qorunmasını, dini radikalizmdən uzaq durmağı, tolerantlıq və multikulturalizm ənənələrinin təşviqini və gənclərin çağırışlara uyğun yetişdirilməsini təmin etməlidir.

    “Din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xətt üzərində qurulmuş yeni bir model lazımdır.” - deyə Məmmədov qeyd edib.

    Məmmədovun fikrincə, din təhsili bu gün artıq təkcə bilik ötürmək vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün effektiv platformaya çevrilib.

    Komitə sədri həmçinin sual edir: bəlkə də ümumi model axtarışındansa, hər bir xalqın öz dini təhsil modelini formalaşdırması daha məqsədəuyğundur?

    Onun sözlərinə görə, simpoziumda müzakirə ediləcək əsas məsələlərdən biri də məhz bu sualın cavabıdır.

    Sonda Ramin Məmmədov tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkür edib, simpoziumun işinə uğurlar arzulayıb.

    Qeyd edək ki, Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə iki gün davam edəcək “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium başlayıb.

    Simpoziumun təşkilində məqsəd Azərbaycan və dünyada din təhsili sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlərin təhlili və onların həlli istiqamətində təkliflərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.

    Simpoziumda dünyəvi dövlətdə dini təhsilin konstitusional və hüquqi əsasları, eləcə də dini təhsilin tolerantlıq və multikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimi anlayışlarla qarşılıqlı təsiri, postsovet məkanında din təhsili məsələləri, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu, Prezident İlham Əliyevin bu sahədə siyasətinin uğurlu nəticələrinə həsr olunmuş məruzələr dinləniləcək.

    Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonağın iştirakı nəzərdə tutulur.

    #Azərbaycan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Azərbaycan İlahiyyat İnstitutu #Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) #Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) #Ramin Məmmədov #Mənəvi Dəyərlərin Təbliği Fondu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    2 Fevral 2026 17:49

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    2 Fevral 2026 17:43

    “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Mingəçevir şəhərində baş tutdu

    2 Fevral 2026 17:38

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    2 Fevral 2026 15:56

    Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

    2 Fevral 2026 15:47

    Cəlilabadda əmisi tərəfindən ağır xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb

    2 Fevral 2026 14:43

    Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

    2 Fevral 2026 13:12

    Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 72,6 min gənc işlə təmin edilib

    2 Fevral 2026 13:03

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

    2 Fevral 2026 12:16

    Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevral ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

    2 Fevral 2026 11:59

    ⁠Bugünkü bank sistemi mümkün şoklara qarşı daha hazırlıqlıdır - AMB-nin baş direktoru

    2 Fevral 2026 10:55
    Demo
    XƏBƏR LENTİ

    Ateist ideoloq Riçard Dovkinsin adı Epşteyn istintaqında hallanıb

    Bu gün ABŞ qoşunları Marşal adalarını ələ keçirdi

    Tarixdə bu gün - 3 fevral

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    Rusiya Kəşfiyyatı Makronun bəzi Afrika ölkələrində çevriliş planlaşdırdığını iddia edib

    Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

    Ərdoğanın Səudiyyə Ərəbistanı və Misirə səfər tarixi məlum olub

    Hindistan Rusiyadan neft idxalını dayandıracaq - Tramp

    A Seriyası klubu baş məşqçisi ilə yollarını ayırdı

    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi mətbuat konfransı keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.