15
BAKI, AzerVoice
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya yeni hərbi hava zərbələrinin endiriləcəyini elan edib.
AzerVoice xəbər verir ki, bu barədə o X sosial şəbəkəsində paylaşım edib.
"Kiyevin əsas prioriteti insan həyatını qorumaq üçün vasitələrin yaradılmasıdır. Bu çərçivədə Ukrayna uzaqmənzilli silahların istehsalını genişləndirir və bunu Qərb ölkələri ilə birlikdə həyata keçirir ki, bu da Rusiyanın iştahını azaltmaq məqsədi daşıyır – deyə, Zelenski qeyd edib.
Paylaşımına Rusiyanın ərazisindəki müxtəlif obyektlərə endirilən zərbələri əks etdirən videogörüntülər də əlavə olunub.
Zelenski, həmçinin Ukraynanın hərbi-sənaye kompleksini dəstəkləyən və öz müdafiə qabiliyyətlərini gücləndirən bütün ölkələrə təşəkkür edib.