Əsas səhifə » Aİ Putin haqqında yox öz maraqları barədə düşünməlidir - Orban

Aİ Putin haqqında yox öz maraqları barədə düşünməlidir - Orban

BAKI,AzerVoice

Avropa ölkələri Rusiya prezidenti Vladimir Putin haqqında düşünməkdən imtina etməli və ilk növbədə öz maraqlarına yönəlməlidir.

AzerVoice xəbər verir ki, bu sözlər Macarıstanın baş naziri Viktor Orban deyib.

"Biz Putin haqqında düşünməməliyik, ilk növbədə özümüz haqqında düşünməliyik. Avropanı Rusiyanın liderinin fiqurası ilə ölçməməliyik. Bizim öz maraqlarımız var", – deyə Orban bildirib.

Baş nazir həmçinin Putini Macarıstana rəsmi səfərə dəvət edib.

Əvvəlki açıqlamalarında Orban, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların həm Macarıstanı, həm də bütün Avropanı məhv etdiyini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı, üzv ölkələrin suverenliyinə müdaxilə edir, amma böhranları həll etməkdə çətinlik çəkir.

Digər Kateqoriyalar

2025 © Azervoice