Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Azərbaycan bu ilin son 5 ayında 316 milyon dollarlıq neft alıb

    29 İyul 2025 11:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞ dolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.

    Bu barədə AzerVoice Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

    Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 99,2 milyon ABŞ dolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1 dəfə azalıb.

    Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstandan və Rusiyadan idxal edilib. Belə ki, cari ilin ilk 5 ayında Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton, Rusiyadan isə 293,8 milyon ABŞ dolları dəyərində 602,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alınıb.

    Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən neft məhsullarının ixracı qeydə alınmayıb.

    Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

    Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.

    #Azərbaycan #neft #Qazaxıstan #Rusiya #Dövlət Statistika Komitəsi #xam neft #Neft ixracı və idxalı #ABŞ dolları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski yeni hücumlar fonunda Avropa liderləri ilə danışıqlar aparacaq

    27 Dekabr 2025 17:34

    Rusiyanın Əsəddən imtinasının pərdəarxası - Bab əl-Hava görüşünün detalları

    27 Dekabr 2025 15:40

    Polşada iki hava limanı fəaliyyətini bərpa edib

    27 Dekabr 2025 14:30

    184 nömrəli marşrutda ekoloji təmiz avtobuslar sərnişinlərin ixtiyarına verilir

    27 Dekabr 2025 12:24

    Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb

    27 Dekabr 2025 12:14

    Sosial adaptasiya məqsədli məşğulluq tədbirləri bu il də davam etdirilib

    27 Dekabr 2025 12:09

    Kiyev işıqsız qalıb

    27 Dekabr 2025 11:27

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Euronews”a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətindən danışıb

    27 Dekabr 2025 11:10

    “3+3” formatında növbəti görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi təklifi qəbul edilməyib - Nazir

    26 Dekabr 2025 17:42

    Avropa Sülh Fondundan Azərbaycana 20 milyon manat yardım təklifi qaldırılıb - XİN rəhbəri

    26 Dekabr 2025 17:41

    Ermənistana məhsul daşınmasında tariflərlə bağlı razılıq əldə edilib - Ceyhun Bayramov

    26 Dekabr 2025 17:39

    Avropa Parlamentinin Azərbaycanı hədəfə alan qətnamələrinin son illərdə sayı artıb - Nazir

    26 Dekabr 2025 17:33
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qırğızıstana avtomobil ixracı azalıb (ÖZƏL)

    "Qalatasaray"ın yarımmüdafiəçisi komandadan ayrılacaq

    Ronaldo karyerasındakı qollarının sayını 956-ya çatdırıb

    Türkiyənin İskenderun limanı 56 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    ABŞ universiteti BMT məruzəçisini siyahıdan sildi – səbəb nədir?

    Dünyanın ən zəif valyutaları açıqlandı: siyahıya ərəb ölkəsi başçılıq edir

    Yuxuda mühasirədə olmaq nə deməkdir?

    Somalilandın tanınması Fələstin münaqişəsi fonunda yeni geosiyasi riskləri gündəmə gətirir

    ABŞ-da miqrasiya qanunları: iki əsrlik hüquqi və siyasi transformasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Romeo və Cülyetta tamaşasını izləyiblər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.