Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Kaliforniya Milli Qvardiyası iğtişaşlarla əlaqədar Los-Ancelesə gəlməyə başlayıb

    8 İyun 2025 19:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Kaliforniya Milli Qvardiyası Los-Ancelesdəki etiraz aksiyaları ilə əlaqədar ictimai asayişi təmin etmək üçün şəhərə gəlməyə başlayıb.

    AzerVoice xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.

    Məlumatda qeyd olunur ki, yerli vaxtla saat 04:00 radələrində Milli Qvardiya əsgərləri və texnikası şəhər administrasiyası yaxınlığında müşahidə edilib. Onlar Los-Ancelesdə qeyri-qanuni miqrantların kütləvi həbsləri səbəbilə baş verən iğtişaşların qarşısını almaq üçün yerləşdiriliblər.

    Bundan əvvəl Los-Anceles meri Karen Bass bəyan etmişdi ki, ABŞ prezidenti Donald Trampın sözlərinin əksinə olaraq, şəhərdə Milli Qvardiya yerləşdirilməyib. Tramp isə daha əvvəl Los-Ancelesə 2 min nəfərlik Milli Qvardiya qüvvəsinin göndərilməsini əmr etmiş və onların "şəhərdə iğtişaşların yatırılmasında əla iş gördüyünü" bildirmişdi. The New York Times qəzetinin yazdığına görə, Tramp bu qərarı Kaliforniya qubernatoru Kevin Nyusomun razılığı olmadan verib. Bu, ABŞ tarixində 1965-ci ildən bəri ilk dəfədir ki, prezident qubernatorun müraciəti olmadan ştatın Milli Qvardiyasını işə cəlb edir.

    Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller Kaliforniyada keçirilən nümayişləri üsyan adlandırıb və Los-Anceles polis idarəsinin rəhbərinin "miqrantların kütləvi deportasiyalarında iştirak etməyəcəkləri" bəyanatını tənqid edib. Tramp isə "Truth Social" platformasında bildirib ki, əgər Kaliforniya qubernatoru və Los-Anceles meri vəziyyəti nəzarət altına ala bilməsə, federal hökumət "üsyançılar və talançılarla mübarizə aparmaq üçün müdaxilə etməyə məcbur qalacaq"

    #Kaliforniya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Johnson & Johnson şirkəti 966 milyon dollarlıq cərimə ödəyəcək – səbəb uşaq pudarsı istifadə sonrası yarana xərçəngdir

    8 Oktyabr 2025 04:23

    ABŞ xaricində istehsal olunan filmlərə yüksək vergi tətbiq ediləcək

    29 Sentyabr 2025 18:53

    Los-Anceles yanğınlarında 400-dən çox insan həyatını itirib

    7 Avqust 2025 12:00

    Kaliforniyada meşə yanğınları 330 kvadrat kilometri külə döndərib

    6 Avqust 2025 11:36

    Kaliforniyada meşə yanğını baş verib

    4 Avqust 2025 15:26

    ABŞ-da F-35 hərbi qırıcısı qəzaya uğrayıb

    31 İyul 2025 10:25

    Geri qayıtmaqmı, davam etməkmi?

    27 İyul 2025 12:20

    Los-Ancelesdə təlim bazasında partlayış: Ölənlər var

    18 İyul 2025 21:45

    ABŞ-da 15 milyard dollarlıq qatar layihəsi dayandırılıb

    17 İyul 2025 10:45

    Kaliforniyada genişmiqyaslı yanğınlarda 34 min hektar ərazi zərər görüb

    8 İyul 2025 11:30

    Kaliforniyada 29 min hektar sahə yanır

    5 İyul 2025 13:50

    Kaliforniya meşə yanğınlarında Tramp ittiham olunur

    4 İyul 2025 11:59
    Demo
    XƏBƏR LENTİ

    Züha surəsi nədən bəhs edir?

    Tarixdə bu gün - 10 noyabr

    Ermənistanın kapitulyasiya aktına imza atmasından beş il ötür

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    İslamda bədənə qulluq olarmı?

    “Qarabağ” Azərbaycan derbisində “Neftçi”yə qalib gəlib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Gədəbəydə yaşayış binasında yanğın olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.