Əsas səhifə » Türkiyədə 3,5 maqnitudalı zəlzələ baş verib

Türkiyədə 3,5 maqnitudalı zəlzələ baş verib

BAKI, AzerVoice

Türkiyənin İzmir vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, bu haqda Türkiyə Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ İzmirin Karaburun rayonunda yerli vaxtla saat 20:40 radələrində qeydə alınıb. Yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ qısa müddətli təşvişə səbəb olub, lakin hər hansı bir zərər barədə məlumat verilməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice