97
BAKI, AzerVoice
Türkiyənin çox ciddi müdafiə sənayesi bazası var.
AzerVoice xəbər verir ki, NATO Baş katibi Mark Rutte, Antalyada keçirilən NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısının yekununda Türkiyənin müdafiə sənayesi sahəsindəki roluna yüksək qiymət verib.
Rutte bildirib ki, Türkiyə həm ABŞ, həm də Avropadakı bütün sənaye strukturları və ölkələrlə sıx əməkdaşlıq şəraitində çalışır.
Müdafiə sənayesindəki rolundan əlavə, Rutte Türkiyənin regional diplomatik təşəbbüslərinə də toxunub. NATO görüşündən sonra İstanbulda keçiriləcək Rusiya–Ukrayna sülh danışıqlarına dair danışan Rutte,
“Türkiyənin bir araya gətirmə gücü açıq şəkildə ortadadır. Biz bunu hər gün görürük”- deyə o bildirib.