88
BAKI, AzerVoice
Hakan Fidan Ukrayna-Rusiya sülh sammiti öncəsi müharibənin bitməsi üçün səylərini açıqlayıb.
AzerVoice xəbər verir ki, Türkiyənin
xarici işlər naziri Hakan Fidan, Ukrayna-Rusiya sülh sammiti
ərəfəsində verdiyi açıqlamada “Müharibənin bitməsi üçün səy
göstəririk” deyib.
Prezidentin İstanbuldakı Dolmabahçe ofisində keçirilən
Türkiyə-ABŞ-Ukrayna Üçtərəfli Görüşü yekunlaşıb və Fidanın
açıqlaması görüşün ardından verilib.
Qeyd edək ki, sözügedən görüş Ukrayna-Rusiya arasında sülh təşəbbüslərinin müzakirəsi məqsədilə keçirilib və sülh sammiti öncəsi diplomatik intensivliyi artırmaq məqsədi daşıyır.