Əsas səhifə » NATO ilə müdafiə əməkdaşlığımızı gücləndiririk - Hakan Fidan

NATO ilə müdafiə əməkdaşlığımızı gücləndiririk - Hakan Fidan

BAKI, AzerVoice

Türkiyə NATO ilə müdafiə əməkdaşlığını gücləndirməyə davam edir.

AzerVoice xəbər veriir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Antalyada keçirilən NATO Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısının ikinci günündə verdiyi açıqlamada, bu mühüm tədbirə ev sahibliyi etməyin Türkiyə üçün böyük bir ayrıcalıq olduğunu vurğulayıb.

“Türkiyə olaraq, xüsusilə bu qədər əhəmiyyətli və həssas bir dövrdə bu toplantıya ev sahibliyi etməkdən böyük qürur və ayrıcalıq duyuruq”- deyə Fidan bildirib.

Nazir Fidan bildirib ki, Avropa–Atlantik regionunda bir sıra mühüm hadisələrin baş verdiyi bir vaxtda NATO müttəfiqləri Ukraynada sülhün təmin olunması və kollektiv müdafiə əməkdaşlığı məsələlərini geniş şəkildə müzakirə edəcəklər.

O, həmçinin iyun ayında Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Zirvəsinə hazırlıq çərçivəsində görüləcək işlərin də toplantı gündəmində olduğunu qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice